Bəhreyn qiyamı: 5 bəhreynli etirazçı şəhid olub
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
Ali-Xəlifə rejim qüvvələrinin Diraz bölgəsində ölkənin şiə lideri Ayətullah Şeyx İsa Qasimin evinə hücum zamanı 5 nəfər şəhid olub.
Beynəlxalq KİVlərə
istinadən, Bəhreyn Daxili İşlər Nazirliyi etirazçılardan 5 nəfərin şəhid
olduğunu təsdiqləyib.
Bəhreyn DİN
elan edib ki, bu hücum zamanı 280 nəfərdən çox etirazçı həbs olunub.
Qeyd edək ki,
ötən gün səhər Ayətullah Şeyx İsa Qasimin həbs qərarına etiraz əlaməti olaraq Bəhreynin
müxtəlif bölgələrində aksiyalar keçirilib.
Polis
aksiyaları dağıtmaq üçün etirazçılara
hücum edib. Gözyaşardıcı qaz və güllələrdən istifadə edib.
Ali-Xəlifə
rejim qüvvələri həmçinin ötən gün Şeyx İsa Qsimin evinə hücum edib. Evdə olan hər
bir şəxsin həbs olunduğu bildirilir. Hələlik Ayətullah Şeyx İsa Qasimin həbs
olunduğu təsdiqlənməyib.
Ötən gecə Bəhreynin
Əl-Məamir, Sar, Malikiyə, Maqaba, Sitre və digər bölgələrində Əhli-Beyt (ə)
ardıcılları Ayətullah İsa Qasimi müdafiə etmək və təhlükəsizlik qüvvələrinin
onun evinə hücum etməsinə etiraz əlaməti olaraq
küçələrə axışıb və aksiyalar keçirib.
Bəzi məlumatlara
görə, AliXəlifə rejim qüvvələri ötən gecə etirazçıların bəzisinin evinə hücum
edib. Onları həbs etməklə yanaşı evlərini dağıdıb.
"Amnesty
International", "Human Rights Watch", "Bəhreyn İslami Əməl
Cəmiyyəti", "Əl-Vifaq Cəmiyyəti" və digər bir neçə digər beynəlxalq
və yerli insan hüquqları müdafiəsi təşkilatı Ali-Xəlifə rejiminin bəhreynlilərə
qarşı zorakılığını kəskin pisləyib. / Maide.Az