header

 Melaniya Tramp Roma Papası ilə görüşdə başını örtüb - FOTO-VİDEO

ABŞ prezidenti Donald Tramp Vatikana səfər edib və Roma Papası Fransisk ilə danışıqlar aparıb. Lakin bu görüş dünya mediasında danışıqlarla yox, Melaniya Trampla daha çox yadda qalıb.

Xatırladaq ki, Romada təyyarədən enərkən Melaniya Tramp həyat yoldaşının əlini havada qoymuşdu.

Lakin iş bununla bitməyib. Belə ki, ABŞ-ın birinci xanımı Papa ilə görüşü zamanı təziyyə mərasimində olduğu kimi başdan ayağa qara geyimi ilə diqqət çəkib. Onun uzun qara  geyimi fataya oxşar qara örtüklə tamamlanmışdı.

Əlbəttə, protokoloa  əsasən, Papa ilə görüş zamanı qadınlara qolları və ətəklə ilə dizdən aşağı paltar və ya kostyumda olmaq lazımdır. Baş örtüyü isə vacib deyil. Buna baxmayaraq, Melaniya Tramp bu qaydaya riayət edib.

Maraqlıdır ki, ABŞ-ın birinci xanımı Səudiyyə Ərəbistanına səfəri zamanı başını bağlamayıb. Halbuki, ölkə Konstitusiyasına və şəriət qanunlarına uyğun olaraq xarici ölkə vətəndaşlarının bu ölkəyə səfəri zamanı qadınların geyim qaydalarına riayət etməsi icbari şəkildə icra olunur. O, isə başını bağlamaqdan imtina etməklə nə ölkə qanunlarını, nə də ictimai qınağı saymadığını nümayişkaranə göstərmişdi.

Qeyd edək ki, ABŞ prezidenti  Donald Trampla Roma Papasının  görüşü yarım saat çəkib. Görüş quru salamlaşmadan və formal söz mübadiləsindən ibarət olub. Ünsiyyəti çətin ki səmimi adlandırmaq olardı. Amerika lideri ilə görüşdə pantifik heç gülümsəməyib də. Onların nə barədə söhbət etdiyi isə hələ ki, məlum deyil.

"Papa Trampı qarşılayarkən gülümsəmirdi. Tramp çox məyus görünürdü", - deyə Independent bildirir. "Onlar fotoqraflar üçün poza verdilər. Papa sərt sifətlə dayanmışdı", - deyə nəşr əlavə edir.

ABŞ prezidenti Donald Tramp Vatikana səfər edib və Roma Papası Fransisk ilə danışıqlar aparıb. Lakin bu görüş dünya mediasında danışıqlarla yox, Melaniya Trampla daha çox yadda qalıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap