Hüquq müdafiəçiləri Mövsüm Səmədovun təhlükəsizliyinin təmin edilməsini istədilər
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
Xəbər verdiyimiz kimi 12 saylı Cəza Çəkmə Müəssisəsinin rəhbərliyi AİP lideri Mövsüm Səmədovun yenidən Qobustan Qapalı Tipli Həbsxanaya göndərilməsinə dair məhkəməyə təqdimat verib.
May ayının 21-də
Mövsüm Səmədovun yarım kars cəzasının müddəti bitməsinə baxmayaraq onu mühafizə
tipli otaqda saxlanılması barədə qərar veriblər. Həbsxana rəhbərliyi isə bunun
səbəbini guya ki, Mövsüm Səmədovun həyatına və fiziki sağlamlığına qarşı
hansısa məhbuslar tərəfindən təhlükə törədə biləcəyinə dair məlumat aldıqları
ilə əsaslandırır. Həm doktor Səmədov, həm də ki, onun vəkili Yalçın İmanov baş
verənlərin böhtan, şər və əsassız olduğunu söyləyiblər.
Rəsul
Cəfərov: "Hüquq müdafiəçisi olaraq Mövsüm Səmədovla bağlı aidiyyəti
qurumlara çağırış edir və problemin həll olunmasını istəyirik”
AİP liderinə
qarşı baş verənlərlə bağlı “İslaminSesi”nə açıqlama verən hüquq müdafiəçisi Rəsul
Cəfərov qeyd etdi ki, Mövsüm Səmədovla bağlı baş verənlər ciddi şəkildə
araşdırılmalı və onun təhlükəsizliyi dövlət tərəfindən təmin olunmalıdır.
Mövsüm Səmədovun sağlamlığına və təhlükəsizliyinə cavabdeh orqanın Penitensiar
Xidmətin olduğunu söyləyən Rəsul Cəfərov, “eyni zamanda formal bir məsələ olsa
da baş verənlərlə bağlı Ombudsman Aparatı, Baş Prokurorluq, və Ədliyyə
Nazirliyinə müraciət edilməlidir. Nəticədə sonra deyə bilməsinlər ki, bizim xəbərimiz
yox idi”, - deyə bildirdi:
“Mövsüm Səmədovun
Qobustana göndərilməsi əsaslandırılmalıdır. Təəssüflər olsun ki, bu cür göndərmələr
bir çox hallarda formal xarakter daşıyır və məhkəmə tərəfindən heç bir ciddi
araşdırma aparılmır. Hüquq müdafiəçisi olaraq Mövsüm Səmədovla bağlı aidiyyəti
qurumlara çağırış edir və problemin həll olunmasını istəyirik.”
Qurban
Məmmədov: "Doktor Səmədovla bağlı baş verənlərin hamısı əsassızdır.
Ümumiyyətlə həbsxanalardakı məhbuslar həmişə din adamlarına, ziyalılara və
siyasilərə qarşı ehtiramla yanaşırlar "
Hüquq müdafiəçisi
Qurban Məmmədov isə açıqlaması zamanı bildirdi ki, Mövsüm Səmədovun məsələsi qurdun
özündən aşağıda su içən quzunu suyu bulandırmaqda ittiham etməsinə bənzəyir:
“Qurdun quzunu yeməsi üçün istənilən bəhanəyə əl atdığı kimi, bunlar da
MÖvsüm Səmədovla bağlı hər bir bəhanəyə əl atırlar. Bu baxımdan Doktor Səmədovla
bağlı baş verənlərin hamısı əsassızdır. Ümumiyyətlə həbsxanalardakı məhbuslar həmişə
din adamlarına, ziyalılara və siyasilərə qarşı ehtiramla yanaşırlar. Əgər
hakimiyyət tərəfindən ələ alınmış məhbusun vasitəsilə hər hansı provakasiya törədilməsə,
heç bir dustaq belə bir əmələ yol verməz. “
Azərbaycandakı
vəziyyətin olduqca təhlükəli bir həddə çatdığını söyləyən hüquq müdafiəçisi
qeyd etdi ki, dövlət artıq hüquqi müstəvidən çıxıb: “Son günlər ölkədə baş verənlər
onu deməyə əsas verir ki, Azərbaycan çox qorxulu bir mərhələyə qədəm qoyub və təhlükəli
qüvvələrin əlində oyuncağa çevrilib.”
Sonda Qurban Məmmədov
Mövsüm Səmədovla bağlı baş verənləri pislədiyini və hakimiyyəti insan
hüquqlarına əmələ etməyə dair çağırış etdi. “
Namizəd
Səfərov: "Mövsüm Səmədov siyasi məhbus olduğuna görə həbsxanada bu cür təqiblərə
məruz qalır"
Hüquq müdafiəçisi
Namizəd Səfərov isə Mövsüm Səmədovla bağlı baş verənlərin onun siyasi məhbus
statusu ilə əlaqələndirdi. Mövsüm Səmədovun siyasi məhbus olduğuna görə həbsxanada
bu cür təqiblərə məruz qaldığını söyləyən Namizəd bəy,
baş verənləri kəskin formada pislədiyini qeyd etdi.