Qətər və BƏƏ-nin arası İrana görə dəyib
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
Qətərin "Əl-Cəzirə" telekanalın yayımı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) dayandırılıb
Bu barədə Səudiyyənin "alweeam" agentliyi məlumat yayıb. Məlumata görə, BƏƏ-nin "Əl-Cəzirənin" yayımına qadağa qoyması Qətər əmiri Şeyh Təmim bin Həməd Ali Saninin İranla bağlı müsbət çıxış etməsi ilə əlaqədardır.
Qeyd edək ki, ötən gün Qətər əmiri Misirin Şarmuş-Şeyx şəhərində keçirilən toplantıda rəsmi Tehranla dost və qonşuluq əlaqələrinin davam etməsini istəyib: "Biz bu qənaətə gəlmişik ki, İranla bağlı bütün fikir ayrılıqları aradan qaldırılmalıdır. Bu bizim regionda sülhün təmin olunması ilə bağlı daimi siyasətimizdir. Biz təkid edirik ki, İranla ən yaxşı qoşuluq əlaqələrinə malik olaq. İranı öz məntəqəsimizdən qopara və İslam ümmətindən ayıra bilmərik".