header

 Qasemi: Mircavədən Mançesterədək terrorizmin kökü eynidir

İran Xarici İşlər Nazirliyinin sözçüsü İngiltərənin Mançester şəhərindəki terror hücumunu pisləyərək, deyib ki, Mircavədən Mançesterədək terrorizmin kökü eynidir və bu kök kəsilməlidir.

Bazar ertəsi günü axşamçağı "Mançester Arena" salonunda baş verən partlayış nəticəsində azı 22 nəfər ölüb, təqribən 50 nəfər də yaralanıbdır.

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi İngiltərənin Mançester şəhərindəki terror hücumu qurbanlarının ailələrinin kədərinə şərik çıxaraq, deyib: İfratçılıq və terrorizmin silahlandırılması və yayılmasının əsasları barədə yanlış ünvanın verilməsi və zahiri koalisiyaların nəticələrindən biri, onun dünyanın müxtəlif məntəqələrindəki xərçəngvari yayılmasıdır və ikili standartlardan uzaq və əhatəli mexanizmlərin yaradılması və qətiyyətdən başqa, heç bir yolla onun kökü kəsilməyəcəkdir.

 

Aprelin 26-da terrorçu "Ceyşulzulm" qruplaşmasının ünsürləri İranın Sistan və Bəluçestan vilayətinin Mircavə məntəqəsində 9 iranlı sərhədçini şəhid etdilər. Onlar həmçinin yaralı sərhədçilərdən birini özlərilə Pakistana apardılar.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İngiltərənin Mançester şəhərindəki terror hücumunu pisləyərək, deyib ki, Mircavədən Mançesterədək terrorizmin kökü eynidir və bu kök kəsilməlidir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap