Türkiyədə azərbaycanlı İŞİD-çi tutuldu, dəhşətli planın üstü açıldı
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
Türkiyənin paytaxtı Ankarada, İŞİD terror təşkilatının iki üzvü öldürülüb.
Məsələ ilə
bağlı jurnalistlərə açıqlama verən Ankara meri Ərcan Topaca deyib ki,
terrorçular AKP-nin qurultayı zamanı, həmin binada partlayış törətmək istəyiblər:
"Onlar prezident Ərdoğanın da iştirak etdiyi AKP-nin qurultayını
partlatmaq istəyiblər".
Topaca daha
sonra deyib:
"İŞİD-in
Azərbaycandan olan üzvü İstanbulda həbs edilib. Onun ifadəsindən sonra
terrorçuların planının üstü açılıb".
Merin dediyinə
görə, həmin azərbaycanlı terrorçunun son dövrlərdəki fəaliyyəti diqqət çəkib:
"O, İstanbulda maşın kirayə götürüb və iki nəfər terrorçunu Ankaraya gətirib.
Onu artıq İstanbulda izləməyə başlayıblar. Azərbaycan vətəndaşı Ankaraya iki
terrorçunu gətirəndən sonra yenidən İstanbula qayıdıb. Onu elə İstanbula çatan
zaman tutublar. Həmin şəxs deyib ki, Ankarada terror aktı hazırlanır. Bundan dərhal
sonra əməliyyat planı hazırlanıb və terrorçular paytaxtda məhv edilib".
Sputnik