Türkiyə: ABŞ terrorçularla həmkarlığa başlayıb
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
Türkiyənin ABŞ-dakı səfiri rəsmi Vaşinqtonun siyasətini tənqid edib.
RİA-ya istinadən,
rəsmi Vaşinqtonun Suriya kürdlərinə silah vermək haqda qərarından sonra Türkiyənin
ABŞ-dakı səfiri Sərdar Kılıç bu ölkəni terror təşkilatları ilə partnyorluq
qurmaqda ittiham edib.
“Quruda həmkar
qismində başqa alternativin olmamasına görə ABŞ-ın YPG-dən (Suriya kürdlərindən
- red.) istifadə edərək Raqqa əməliyyatı keçirməli olduğuna dair əsaslarını mən
çətin ki, başa düşə və qəbul edə biləm. Türkiyə var, İŞİD terror təşkilatına
qarşı uğurlu əməliyyatlar keçirmiş “Azad Suriya Ordusu” da var.”, - deyə səfir
ABŞ-Türkiyə münasibətlərinə dair hər il keçirilən konfransda çıxış edərkən
bildirib.
“Siz bir terror
təşkilatı ilə mübarizədə digər terror təşkilatlarından istifadə edə bilməzsiniz
və etməməlisiniz də. Xüsusən də, sizin həmkarınız sizə deyəndə ki, bəs sizin partnyorluq
qurduğunuz terror təşkilatı təhlükəsizlik və sabitlik üçün daimi təhlükə mənbəyidir.”,
- deyə diplomat əlavə edib.
Rəsmi Ankaranın
nümayəndəsi “əgər Türkiyə əməliyyat keçirsə və “Ən-Nusra” terror təşkilatına
silah tədarükü etsə” rəsmi Vaşinqtonda oturanların özlərini necə hiss edə biləcəklərinə
dair sual verib.
“ABŞ və Türkiyənin
həmkarlığı seçim məsələsi deyil, bu zərurət məsələsidir. Türkiyə regiondakı
azsaylı işlək demokratiyalardan biridir. Bizim regiondakı başqa heç bir ölkə
Türkiyə qədər azadlığın universal dəyərlərinə, demokratiyaya, insan haqlarına,
bazar iqtisadiyyatına və qanunun aliliyinə uyğunlaşmayıb və onları təqib etmir.
Bu, Türkiyəni ABŞ-ın digər həmkar və müttəfiqlərindən fərqləndirən əlamətdir.”,
- deyə o öz əminliyini ifadə edib. / İslamazeri.com