Səud kralı İnterpolun axtardığı şəxsə vətəndaşlıq verdi
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
Terrora dəstəkdə ittiham olunan Zakir Naik krala beyət etdikdən sonra vətəndaşlıq verdiyi bildirilir
Hindistan vətəndaşı
olan və İntorpol xəttilə axtarışa verilən mübəlliğ Zakir Naikə Səud kralı Məlik
Salman tərəfindən ikinci vətəndaşlıq hüququ təqdim olunub. Terrora dəstəkdə
ittiham olunan Zakir Naik krala beyət etdikdən sonra vətəndaşlıq verdiyi
bildirilir.
Hind Milli
İstintaq Agentliyi (NIA), INTERPOL-dan Naik haqqında qırmızı bülleten
çıxarmasını istəyini ötən həftə açıqlamışdı. Naiklə bağlı xəbərdə, terrora
maliyyə dəstəyi təmin etmək və çirkli pulların yuyulmasında ittiham edildiyi
ifadə edilirdi.
Kəşfiyyat mənbələri
Naikin Birləşmiş Ərəb Əmirlikləri və ya Səudiyyə Ərəbistanında gizləndiyini və
ya Malayziya ilə İndoneziya arasında gedib-gəldiyini irəli sürüb.
Dinlər tarixi və
müqayisəli dinlər sahəsində mütəxəssis olan 51 yaşlı Naik 2005-ci ildə həyatını
itirən cənubi afrikalı məşhur mübəlliğ (təbliğatçı - red.) Əhməd Didatın tələbəsidir
və öz televiziya kanalı "Peace TV" və digər platformalar vasitəsilə
verdiyi konfrans və dərslərlə dünya miqyasında tanınır.
NIA-nın Naik
haqqında yürütdüyü 10 aylıq bir istintaq nəticəsində Naikin banisi olduğu
İslami Araşdırma Fondu və ona bağlı televiziya kanalı qadağan edilmiş, Naikin
fonduna və ona bağlı tərəfdaşlıqlarına aid 37 mülk müsadirə edilib.
İstintaqı yürüdən
nazir Mumbaidəki xüsusi səlahiyyətli NIA məhkəməsi, "tutulmaqdan qaçacağı
və agentliyin və məhkəmənin hüzuruna könüllü olaraq çıxmayacacağı" səbəbilə
girovsuz həbs əmri çıxarmışdı. / İslamazeri.com