header

 Bəhreynin cəmiyyət və təşkilatları dünya ölkələrinə təcili çağırış edib - Video

Bəhreyndə “əl-Vəfaq Cəmiyyəti”, “Bəhreynin Qiyamı Qüvvələri”, “Bəhreyn Alimləri Şurası”, “Bəhreynin İnsan Hüquqları Forumu” Şeyx İsa Qasimə görə dünya ölkələri və xalqlarına təcili çağırış ediblər.

“əl-Vəfaq Cəmiyyəti” hazırda ölkədə baş verən qırğına və təcavüzə görə bütün dünya xalqları, ölkələri, beynəlxalq ictimaiyyət qurumlarına və beynəlxalq hüquq təşkilatları və müdafiəçilərinə təcili çağırış etdiyini bəyan edib.

 

“Bəhreynin Qiyamı Qüvvələri” və “Bəhreyn Alimləri Şurası” ölkə xalqını rejim qüvvələrinin basqın etdiyi əd-Dərraza gəlməyə səsləyib.

 

“Bəhreynin İnsan Hüquqları Forumu” ölkə xalqını küçələrə çıxmağa və Şeyx İsa Qasimə qarşı təcavüzə yox deməyə çağırıb.

 

Bəhreyn müxalifəti və alimləri Şeyx İsa Qasimin toxunulmasını qırmızı xətt adlandırıblar və ona toxunulacağı təqdirdə aksiyaların dinc qalacağına əmin olmadıqlarını bildiriblər.

 

Qeyd edək ki, Bəhreyn rejimi qüvvələri bu gün sübh çağından Ayətullah İsa Qasimin olduğu qəsəbəyə basqın edib. Rejim qüvvələri Ayətullah İsa Qasimin evinə basqın edərək, bir neçə şəxsi həbs edib. Amma Ayətullah İsa Qasimin də basqın zamanı həbs edilməsi hələ bildirilməyib.

 

Bəhreyn rejimin qüvvələrinin atəşi nəticəsində bir nəfər həlak olub və 100-dən artıq yaralanıb. /İslaminSesi



Bəhreyndə “əl-Vəfaq Cəmiyyəti”, “Bəhreynin Qiyamı Qüvvələri”, “Bəhreyn Alimləri Şurası”, “Bəhreynin İnsan Hüquqları Forumu” Şeyx İsa Qasimə görə dünya ölkələri və xalqlarına təcili çağırış ediblər.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap