header

 Bəhreyndə İslam ailiminin evinə İordaniya polisləri basqın edib - FOTO

Bəhreyndə şiə müsəlmanların lideri və ölkənin tanınmış din xadimi Şeyx İsa Qasimin evinə silahlı basqın olub

FaktXəbər-in verdiyi məlumata görə, Bəhreyndə şiə müsəlmanların lideri və ölkənin tanınmış din xadimi Şeyx İsa Qasimin evinə silahlı basqın olub. Bu barədə "Əl-Aləm" telekanalı məlumat yayıb. Məlumata görə, Bəhreynin nüfuzlu din xadiminin evinə hücumu İordaniyadan gətirilmiş muzdlu polislər təşkil edib.

Qeyd edək ki, Şeyx İsa Qasimin evi paytaxt Manama şəhərinin Əd-Dərraz məntəqəsində yerləşir. Həmin əraziyə əvvəlcə zirehli maşınlarla hücum edən silahlılar öz istəklərinə nail ola bilməyincə, təcili tibbi maşınlarından istifadə edərək nüfuzlu alimin evinə yaxınlaşıblar.

Hadisə zamanı iki nəfərin həyatını itirdi, onlarla şəxsin yaralandığı bildirilir.

Qeyri-rəsmi məlumatlar görə, Şeyx İsa Qasimin evinə daxil olmağı bacaran muzdlu polislər onu həbs edib.

Bəhreyndə şiə müsəlmanların lideri və ölkənin tanınmış din xadimi Şeyx İsa Qasimin evinə silahlı basqın olub
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap