header

 Tramp və vəhhabi krallığın rəhbəri “İslam-ABŞ rəhbərləri” iclasında şiələri hədəfə aldılar

Ərəbistan kralı və ABŞ prezidenti Riyadda keçirilən “İslam-ABŞ rəhbərləri” iclasının açılışında İrana və ümumilikdə imperializmi dəstəkləməyən şiələrə qarşı od püskürüb

İranı terrorizmin əsas dəstəkçisi adlandıran Salman bin Əbdül-Əziz bildirib: “İran, Ayətullah Xomeyninin rəhbərliyi ilə həyata keçirilən inqilabdan sonra bölgədə terrorizm oxunun rolunu oynayır. İran silahlı qruplar vasitəsilə terroru genişləndirməklə məşğuldur. İran, “Hizbullah” və Husilər, İŞİD və Əl-Qaidə eyni şeydir. Biz terrorizmə qarşı uğurlu addımlar atımışıq. İran beynəlxalq qanunları, o cümlədən qonşuluq hüququnu icra etmir.”

 

Qeyd edək ki, vəhhabi krallığın rəhbəri Yəməndə tökdüyü uşaq qanları, o cümlədən dünyanın gözü qarşısında əqidəsi eyni olan vəhhabi - İŞİD, Nusra və Əl Qaidə terror qruplaşmalarına verdiyi dəstəkdən söz açmağı "unudub".

 

Amerikada bir çox alimin onun ağıl və sağlamlığından şübhə edilən ABŞ prezidenti də Riyadda keçirilən “İslam-ABŞ rəhbərləri” iclasında çıxış edib.

 

Səud rejimiylə 400 milyard dəyrində sənəd imzladığını deyən Tramp deyib: “Müsəlmanlar terrorla mübarizədə böyük rola sahibdirlər. Səud kralı ilə görüşümüz tarixi bir görüş idi. Terrorla mübarizə cinayətlər əleyhinə olan savaşdır. Terrorçular Allahın deyil, ölümün bəndəsidirlər. Bu görüş Yaxın Şərqdə deyil, bütün dünyada sülhün müqəddiməsidir. Dini liderlər də İŞİD-in yanlış düşüncələrinin islahı üçün çalışmalıdırlar. Yaxın Şərq tarix boyu müsəlmanların, xristian və yəhudilərin yaşayış məntəqəsi olub.”

 

İranı terrora dəstək verməkdə ittiham edən ABŞ prezidenti bildirib: “İran irqçilik problemlərinə əl atır və İraqda, Livan və Yəməndə sabitsizliyin əsas səbəbidir. İranın müdaxilələri Suriyada böhranlara səbəb olub. İranın dəstəyi ilə Bəşər Əsəd xalqa qarşı cinayətlər törədir. Biz İranın zəifləməsi və  terror verdiyi dəstəklərin dayandırıması üçün çalışmalıyıq. Biz “Hizbullah”-ı terror təşkilatı olaraq hesab edirik.”

 

Xatırladaq ki, Tramp çıxışı zamanı keçmişdə təkrarladıqları şeyləri yenidən deyib. İran isə bütün bu ittihamlarə rədd edir və  İranın İraqda və Suriyada varlığı xalq tərəfindən seçilən hökümətlərin razılığı əsasında reallaşdığını dəfələrlə qeyd edir. Yəməndə isə Husilər xalqın böyük dəstəyini almışdır və Səudiyyə dəfələrlə bu ölkənin daxili işlərinə qarışmaqdadır. / İslamazeri.com

 

 

 

 

 

 

 

Ərəbistan kralı və ABŞ prezidenti Riyadda keçirilən “İslam-ABŞ rəhbərləri” iclasının açılışında İrana və ümumilikdə imperializmi dəstəkləməyən şiələrə qarşı od püskürüb
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap