header

 Amerikanın Qafqaz regionu işğalçılarına ikili yanaşma mövqeyi

Amerikanın Qafqaz regionu işğalçılarına ikili yanaşma mövqeyi

Tashaio.com-Amerikanın işğal olunmuş Qarabağ ərazisinə ikili yanaşma tərzi birinci dəfə olaraq senat palatasının 2017-ci il Federal büdcəsi layihəsində öz əksini taparaq Gürcüstanın ərazi bütövlüyünün qorunmasına dair qanun əksini taparaq Rusiyanın Gürcüstan ərazisini işğal etdiyinə görə embarqolar nəzərdə tutuldu. Bu qanunda habelə Abxaziya və cənubi Osetiyanın müstəqilliyini və ya Rusiyaya birdirilməsini rəsmi tanıyan ölkələrə yardımın tamamilə kəsiləcəyi nəzərdə tutulmuşdur.

Gürcüstan respublikasının baş nazirinin Ağevdə Donald Trampla görüşündə Gürcüstanın ərazi bütövlüyünün qorunması üçün informasiya və təhlükəsizlik yardımlarının davam edəcəyi vurğulanmışdır. Əslində cənubu Qafqazda ərazi bütövlüyü pozulmuş ölkələr üçün bu kimi bəyanatlar beynəlxalq dəstək hesab oluna bilər. Qarabağ münaqişəsinə gəldikdə isə Amerikanın regionda nüfuz etməsinə və Minsk qrupunun digər üzvləri Rusiya və Fransa ilə niyabət müharibəsi aparma siyasətidir. Bu strategiya son iki onillik ərzində müxtəlif dövlətlərin hakimiyyətə keçməsindən asılı olmayaraq davam etməkdədir. Çünki Rusiyanın Qaradəniz və Xəzər regionlarında özbaşınalığının qarşısını almaq üçün münaqişə zonaları effektiv silahdır. Cari il 6 mayda qəbul edilmiş qanuna əsasən Amerikanın bu və ya digər idarələri tərəfindən Gürcüstanın separatçı qüvvələrinə edilən yardım dayandırılmış və bu ölkə Rusiya ilə birbaşa mübarizəyə girmişdir. Qarabağ münaqişəsinə gəldikdə isə belə bir mövqeyi görmürük. Qəbul edilmiş büdcə layihəsində dövlət spikerindən istənilmişdir ki, 90 gün ərzində Rusiyanın Abxaziya və cənubi Osetiyadakı fəaliyyətləri haqqında mükəmməl məlumat toplasın. Bu mövzunun ən mühüm cəhəti separatizmə məruz qalmış hissələrin beynəlxalq dairələrdə rəsmi tanınmasına mane olmaqdır. Buna baxmayaraq qondarma Qarabağ respublikası prezidentinin ABŞ konqresinin yaxınlığındakı evi senat nümayəndələrinin və digər siyasətçilərinin müzakirə səfirliyinə çevrilmişdir. 2007-ci ildə Obama dövləti çalışırdı ki, Türkiyə ilə Ermənistan arasında əlaqə yaratmaqla Qarabağ mövzusunu Türkiyədən tam ayırsın. Bu plan məğlubiyyətə uğradıqdan sonra İrəvanın hər gün yoxsullaşdığını və Rusiyaya yuvarlandığını başa düşdülər və bu planın xeyrindən keçdilər. Lakin mövzunun dərinliyinə varmaqla belə bir qənaətə gəlmək olar ki, nəsə bir gün Qafqazda ikinci Erməni dövləti planı Moskvanın dövlət arxivinə ötürülərsə qərblilər tərəfindən belə bir planın avtomatik olaraq ləğv edilməsi təvəqeyi sadəlövhlük olardı. Bütün bu deyilənlər və faktlar Qərb və Amerikanın ikili istandardını güstərir. Bütün bu münaqişələrin, Cənubi Osetiya, Abxaziya və Qarabağ münaqişələrinin vahid mahiyyəti vardır: xarici müdaxilə, separatizm, müharibə və nəhayət ərazi bütövlüyünün pozulması. Lakin bunların haqqındakı mövqe qərbin ikili siyasətinə məruz qalmışdır.

Amerikanın Qafqaz regionu işğalçılarına ikili yanaşma mövqeyi
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap