header

 Tillerson və Adil əl-Cübeyrin mətbuat konfransı

ABŞ dövlət katibi və Səudiyyə Ərəbistanı xarici işlər nazirinin Ər-Riyadda birgə mətbuat konfransı İranofobiya mehvəri və İran İslam Respublikasına qarşı əsassız ittihamların təkrarlanması ilə keçirilib.

İRİB-in məlumatına görə, Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cübeyr bu mətbuat konfransında ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfərini iki ölkənin tarixi əlaqələrində dönüş nöqtəsi adlandırıb və ABŞ və Ərəbistanın İranın regiondakı müdaxiləçi hərəkətlərinin qarşısını almaq üçün səhnəyə daxil olacaqlarını iddia edib.

 

Səudiyyə Ərəbistanı rejiminin xarici işlər naziri iddia edib ki, Vaşinqton və Ər-Riyad İran İslam Respublikasının Əhatəli Müştərək Təşəbbüs Proqramının müddəalarına riayət etməsi və terrorizmə dəstəyini dayandırması istiqamətində çalışacaqlar.

 

ABŞ dövlət katibi Reks Tillerson da bu mətbuat konfransında şənbə günü ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanı kralı Kral Salman tərəfindən imzalanan iki ölkənin yeni hərbi müqavilələrinə toxunaraq iddia edib: Vaşinqton və Ər-Riyadın hərbi müqavilələri İran İslam Respublikasının bədxah nüfuzu qarşısında Ərəbistan və Fars körfəzinin təhlükəsizliyini dəstəkləməsinə səbəb olacaq.

 

ABŞ dövlət katibi həmçinin iddia edib ki, Vaşinqton və Ər-Riyad İran İslam Respublikasının bölgədə ixrac etdiyi radikallıqla mübarizə üçün koordinasiya etməkdədirlər.

 

Səudiyyə Ərəbistanı xarici işlər naziri və ABŞ dövlət katibinin İran İslam Respublikası əleyhinə əsassız iddiaları ilə yanaşı qeyd etmək lazımdır ki, region ölkələri, o cümlədən İraq, Suriya və Yəmən son illər ərzində ABŞ və Səudiyyə Ərəbistanının terror qruplarına hərtərəfli dəstəkləri nəticəsində terror aktları, de-stabillik və günahsız vətəndaşların qətli artmışdır.

 

Ağ Evin bir rəsmisinin dediyinə görə, Trampın Səudiyyə Ərəbistanına səfərində məqsəd regionda terrorçularla mübarizədə yüksək rola malik olan İran İslam Respublikasını təcrid etməkdir.

ABŞ dövlət katibi və Səudiyyə Ərəbistanı xarici işlər nazirinin Ər-Riyadda birgə mətbuat konfransı İranofobiya mehvəri və İran İslam Respublikasına qarşı əsassız ittihamların təkrarlanması ilə keçirilib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap