HƏR AY ÜÇ GÜN ORUC TUTUN Kİ...
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
HƏR AY ÜÇ GÜN ORUC TUTUN Kİ...
حَدَّثَنَا أَحْمَدُ بْنِ مُحَمَّدِ بْنِ يَحْيَى الْعَطَّارُ قَالَ
حَدَّثَنَا أَبِي عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ عِيسَى عَنْ نُوحِ بْنِ
شُعَيْبٍ النَّيْسَابُورِيِّ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ
الدِّهْقَانِ عَنْ عُرْوَةَ ابْنِ أَخِي شُعَيْبٍ الْعَقَرْقُوفِيِّ عَنْ شُعَيْبٍ
عَنْ أَبِي بَصِيرٍ قَالَ سَمِعْتُ الصَّادِقَ ع يُحَدِّثُ عَنْ أَبِيهِ عَنْ
آبَائِهِ ع قَالَ: قَالَ رَسُولُ اللَّهِ ص يَوْماً لِأَصْحَابِهِ أَيُّكُمْ
يَصُومُ الدَّهْر؟
Əbu Bəsir
deyir: İmam Sadiqdən (ə) atası və babalarının vasitəsilə cəddi Peyğəmbərdən (s)
belə nəql etdiyini eşitdim ki, Peyğəmbər (s) günlərin birində səhabələrinə
üzünü tutaraq soruşdu: “İndiyədək sizdən biriniz ömrü boyunca ilin bütün günlərini
oruc tutubmu?”
فَقَالَ سَلْمَانُ أَنَا يَا رَسُولَ اللَّهِ.
Bu zaman Salman
dedi: “Mən ilin bütün günlərini oruc tuturam, ey Allahın Rəsulu (s)!”
فَقَالَ رَسُولُ اللَّهِ ص فَأَيُّكُمْ يُحْيِي اللَّيْلَ؟
Peyğəmbər (s)
yenə soruşdu: “İndiyədək sizdən biriniz ilin bütün gecələrini əhya saxlayıbmı?”
فَقَالَ سَلْمَانُ أَنَا يَا رَسُولَ اللَّهِ.
Salman cavab
verdi ki, mən ilin bütün gecələrini əhya saxlamışam, ey Allahın Rəsulu (ə)!”
قَالَ فَأَيُّكُمْ يَخْتِمُ الْقُرْآنَ فِي كُلِّ يَوْم؟
Həzrət Peyğəmbər
(s) yenə də soruşdu: “İndiyədək sizdən biriniz ilin hər gününü bir Quran xətm
edibmi?”
فَقَالَ سَلْمَانُ أَنَا يَا رَسُولَ اللَّهِ.
Bu dəfə də
Salman dilləndi: “Mən hər gün bir Quran xətm edirəm, ey Allahın Rəsulu (ə)!”
فَغَضِبَ بَعْضُ أَصْحَابِهِ. فَقَالَ يَا رَسُولَ اللَّهِ إِنَّ
سَلْمَانَ رَجُلٌ مِنَ الْفُرْسِ يُرِيدُ أَنْ يَفْتَخِرَ عَلَيْنَا مَعَاشِرَ
قُرَيْشٍ.
Bu zaman səhabələrdən
bəziləri təəccüb və qəzəblə dedilər: “Ey Allahın Rəsulu (s), Salman farslardan
biridir, məğrurluq edir və istəyir ki, bu sözləri ilə biz Qüreyşlilərə özünü
göstərsin və bununla bizim önümüzdə fəxr etsin.”
قُلْتَ أَيُّكُمْ يَصُومُ الدَّهْرَ فَقَالَ أَنَا وَ هُوَ أَكْثَرَ
أَيَّامِهِ يَأْكُلُ
“Siz dediniz
ki, il boyu kim oruc tutur, o cavab verdi ki, “mən!” Halbuki biz onun ilin çox
günlərində yemək yediyini görürük.
وَ قُلْتَ أَيُّكُمْ يُحْيِي اللَّيْلَ فَقَالَ أَنَا وَ هُوَ
أَكْثَرَ لَيْلِهِ يَنَامُ
Siz dediniz ki,
il boyunca bütün gecələri kim əhya saxlayır, yenə də o “mən” deyə cavab verdi.
Halbuki biz onun əksər gecələri yatdığını görürük.
وَ قُلْتَ أَيُّكُمْ يَخْتِمُ الْقُرْآنَ فِي كُلِّ يَوْمٍ فَقَالَ
أَنَا وَ هُوَ أَكْثَرَ نَهَارِهِ صَامِتٌ.
Siz soruşdunuz
ki, kim hər gün bir Quran xətm edir, yenə də Salman “mən” dedi. Halbuki biz onun
günün çox saatlarında bir şey oxuduğunu müşahidə etməmişik və o, çox vaxt
sakitdir.”
فَقَالَ النَّبِيُّ ص مَهْ يَا فُلَانُ أَنَّى لَكَ بِمِثْلِ
لُقْمَانَ الْحَكِيمِ سَلْهُ فَإِنَّهُ يُنَبِّئُكَ.
Peyğəmbər (s) həmin
səhabələrə buyurdu: Sakit olun, siz hara, Loğman Həkim hara? Siz Salmandan
soruşun, o özü bunu sizə izah edəcək.”
فَقَالَ الرَّجُلُ لِسَلْمَانَ يَا أَبَا عَبْدِ اللَّهِ أَ لَيْسَ
زَعَمْتَ أَنَّكَ تَصُومُ الدَّهْرَ؟
قَالَ نَعَمْ.
Həmin səhabələrdən
biri üzünü Salmana tutaraq dedi: “Ey Allah bəndəsi! Sən ilin bütün günlərini
oruc olduğunu sanırsanmı?”
Salman dedi: “Bəli.”
فَقَالَ رَأَيْتُكَ فِي أَكْثَرِ نَهَارِكَ تَأْكُلُ.
Kişi dedi:
“Amma səni daha çox gündüzlər yeyən görmüşük.”
فَقَالَ لَيْسَ حَيْثُ تَذْهَبُ إِنِّي أَصُومُ الثَّلَاثَةَ فِي
الشَّهْرِ وَ قَالَ اللَّهُ مَنْ جاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثالِها وَ
أَصِلُ شَعْبَانَ بِشَهْرِ رَمَضَانَ فَذَلِكَ صَوْمُ الدَّهْرِ.
Salman dedi: “Sən
fikirləşdiyin kimi deyil. Mən hər ay 3 gün oruc tuturam və Allah-Taala Quranda
buyurur ki, مَنْ جاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ
أَمْثالِها “Hər kim bir yaxşı iş görərsə, onun üçün o işin on misli
yazılacaq” – (beləliklə, hər ay üçün 3x10 oruc yazılır ki, nəticədə, ilin bütün
günlərini oruc tutmuş adam kimi olur). Şəban ayını da Ramazana birləşdirirəm
ki, buna da bir ömrün qəbul olunmuş orucunun savabı yazılır.”
فَقَالَ أَ لَيْسَ زَعَمْتَ أَنَّكَ تُحْيِي اللَّيْلَ؟
فَقَالَ نَعَمْ.
Həmin səhabə
yenə soruşdu: “Ey Allah bəndəsi! Sən ilin bütün gecələrini əhya saxladığını və
ibadət etdiyini sanırsanmı?”
Salman dedi: “Bəli.”
فَقَالَ أَنْتَ أَكْثَرَ لَيْلِكَ نَائِمٌ.
فَقَالَ لَيْسَ حَيْثُ تَذْهَبُ وَ لَكِنِّي سَمِعْتُ رَسُولَ اللَّهِ
ص يَقُولُ مَنْ نَامَ عَلَى طُهْرٍ فَكَأَنَّمَا أَحْيَا اللَّيْلَ كُلَّهُ وَ
أَنَا أَبِيتُ عَلَى طُهْرٍ.
Səhabə dedi:
“Axı sən gecələr çox vaxt yatırsan (və biz bunu bilirik).”
Salman cavab
verdi: “Sən fikirləşdiyin kimi deyil. Mən Allah Rəsulundan (s) eşitdim ki,
buyurur: “Hər kəs gecə dəstəmazlaə və (qüslə səbəb olan işlərdən və digər
zahiri nəcasətdən) paklanıb yatarsa, sanki bütün gecəni əhya saxlayaraq ibadət
edib” və mən də hər gecə (qüslümü üzərimdən götürüb, dəstəmaz alaraq) təharətlə
yatmışam.”
فَقَالَ أَلَيْسَ زَعَمْتَ أَنَّكَ تَخْتِمُ الْقُرْآنَ فِي كُلِّ
يَوْم.
قَالَ نَعَمْ.
Səhabə yenə
soruşdu: “Sən ilin bütün günlərində bir Quran xətm etdiyini sanırsanmı?”
Salman dedi: “Bəli.”
قَالَ فَأَنْتَ أَيَّامَكَ صَامِتٌ.
Həmin səhabə
dedi: “Axı biz səni günün çox saatlarında Quran oxumayan halda görürük.”
فَقَالَ لَيْسَ حَيْثُ تَذْهَبُ وَ لَكِنِّي سَمِعْتُ حَبِيبِي
رَسُولَ اللَّهِ ص يَقُولُ لِعَلِيِّ بْنِ أَبِي طَالِبٍ يَا أَبَا الْحَسَنِ
مَثَلُكَ فِي أُمَّتِي مَثَلُ قُلْ هُوَ اللَّهُ أَحَدٌ فَمَنْ قَرَأَهَا مَرَّةً
فَقَدْ قَرَأَ ثُلُثَ الْقُرْآنِ وَ مَنْ قَرَأَهَا مَرَّتَيْنِ فَقَدْ قَرَأَ
ثُلُثَيِ الْقُرْآنِ وَ مَنْ قَرَأَهَا ثَلَاثاً فَقَدْ خَتَمَ الْقُرْآنَ وَ مَنْ
أَحَبَّكَ بِلِسَانِهِ فَقَدْ كَمَلَ لَهُ ثُلُثُ الْإِيمَانِ وَ مَنْ أَحَبَّكَ
بِلِسَانِهِ وَ قَلْبِهِ فَقَدْ كَمَلَ لَهُ ثُلُثَا الْإِيمَانِ وَ مَنْ
أَحَبَّكَ بِلِسَانِهِ وَ قَلْبِهِ وَ نَصَرَكَ بِيَدِهِ فَقَدِ اسْتَكْمَلَ
الْإِيمَانَ وَ الَّذِي بَعَثَنِي بِالْحَقِّ يَا عَلِيُّ لَوْ أَحَبَّكَ أَهْلُ
الْأَرْضِ كَمَحَبَّةِ أَهْلِ السَّمَاءِ لَكَ لَمَا عُذِّبَ أَحَدٌ بِالنَّارِ وَ
أَنَا أَقْرَأُ قُلْ هُوَ اللَّهُ أَحَدٌ فِي كُلِّ يَوْمٍ ثَلَاثَ مَرَّاتٍ
Salman buyurdu:
Məsələ sən fikirləşdiyin kimi deyil. Mən Allahın həbibi həzrət Peyğəmbərdən (s)
eşitdim ki, Əli ibn Əbi Talibə (ə) belə buyurur:
“Ey Əbəl-Həsən! Sənin
misalın ümmətim üçün “Qul hu vəllahu əhəd”in Qurandakı misalıdır. Hər kəs onu
(“İxlas” surəsini) bir dəfə oxusa, Quranın üçdən birini, iki dəfə oxusa,
Quranın üçdən ikisini və üç dəfə oxusa Quranın hamısını xətm etmiş kimi
sayılır. Hər kəs səni sevdiyini dilə gətirsə, imanının üçdən biri kamil olar, hər
kəs səni sevdiyini həm dildə desə, həm də qəlbində təsdiqləsə, imanının üçdən
ikisi kamil olar və hər kəs səni sevdiyini dildə desə, qəlbdə təsdiq etsə və əməli
ilə də sənə yardımçı olsa, onun imanı kamil olar. Ey Əli! And olsun məni peyğəmbərliyə
seçənə ki, əgər yer əhli də səni göy əhli kimi sevsəydi, cəhənnəm odu heç kimi
yandırmazdı.”
Salman davam
etdi: “Mən də hər gün “Qul hu vəllahu əhəd” surəsini üç dəfə oxuyuram.
Mənbə: “Fəzailu
əşhuris-səlasə”, Şeyx Səduq – Əbu Cəfər Məhəmməd ibn Babəvəyh Qummi (306-381
h.q), “Fəzailu şəhri-Şəban” bölümü.
Mirməhəmməd Bəşir (Maide.Az)