Ayətullah Şeyx İsa Qasim bir il müddətinə azadlıqdan məhrum edildi
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
Bu gün Bəhreyndə ölkə şiələrinin rəhbəri Ayətullah Şeyx İsa Qasimin məhkəməsi keçirilib.
Ali Xəlifə
rejimi məhkəməsinin hökmü ilə Ayətullah
Şeyx İsa Qasim 1 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənin qərarı
ilə 3 milyon Bəhreyn dinarı məbləğində əmlakı müsadirə olunmaqla 1000 Bəhreyn dinarı
məbləğində cərimə edilib.
Məhkəmənin qərarına
əsasən, Ayətullah Isa Qasim barəsində
çıxarılan 1 illik həbs cəzasının icrası üç il təxirə salınır.
Şeyx İsa Qasim
Bəhreyn şiələrinin rəhbəridir. O,
1971-ci ildə Bəhreyn ölkəsi müstəqil olduqdan sonra təhsil aldığı Nəcəf şəhərindən
ölkəsinə qayıdıb və xalqın seçimi ilə
parlamentdə təmsil olunub və uzun müddət Bəhreyn Milli Məclisinin üzvi olub.
Şeyx İsa Qasim
2011-ci ildən etibarən Bəhreyndə başlayan və siyasi islahatların keçirilməsini
tələb edən dinc etiraz aksiyalarının lideri hesab edilir. Bəhreyn rejimi onun
vtəndaşlığını ləğv edib. Bundan sonra Bəhreyndə kütləvi aksiyalar baş qaldırıb.
Ölkənin bir neçə bölgəsində, xüsusən Ayətullah İsa Qasimin evinin olduğu əd-Dərraz
bölgəsində etirazlar davam edir.
Qeyd edək ki,
bir müddət öncə Bəhreyn təhlükəsizlik rəsmilərindən Əmcəd Taha öz tviter səhifəsində
tezliklə Ayətullah Şeyx İsa Qasimin Bəhreyndən sürgün ediləcyi ilə bağlı
paylaşım etmişdir.
Xatırladaq ki Bəhreyn
insanların vətəndaşlıqdan məhrum edilməsinə görə dünyada birinci yerdədir.
Statistikaya görə bu ölkə rejimi son bir ildə 250 insanı vətəndaşlıqdan məhrum
edib.
Ali-Xəlifə
rejimi ölkədə demoqrafik vəziyyəti hakim ailənin xeyrinə dəyişmək üçün fəalları
vətəndaşlıqdan məhrum edir və onların yerinə Cənubi-Şərqi Asiya ölkələrindən vətəndaşlıq
istəyən şəxslərə Bəhreyn pasportu almaq üçün asan şərait yaradır. / Maide.Az