Trampın gözlənilən Səudiyyə səfəri başladı
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
ABŞ Prezidenti Donald Trampın may ayı üçün nəzərdə tutulmuş turnesi start götürdü.
“Al Arabia”
telekanalına istinadən, ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına gəldi.
Bura Trampın ölkə başçısı olaraq debüt xarici turnesi çərçivəsində ziyarət
etdiyi ilk ölkədir.
Tramp
Ər-Riyadda Səudiyyə Ərəbistanının kralı ilə ikitərəfli danışıqlar aparacaq,
bazar günü is Fars körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlığı Şurasına daxil olan 6
ərəb monarxiya başçısı ilə görüşdə və ərəb və müsəlman ölkələrinin liderlərinin
iştirak etdiyi sammitdə də iştirak edəcək.
Gözlənilir ki, Trampla
Səudiyyə rəhbərliyi arasındakı danışıqlarının baş mövzuları terrorçuluq və
İranın Yaxın Şərqdəki siyasəti ilə mübarizə olacaq. Həmçinin ABŞ istehsalı
silahların alınması da daxil olmaqla, böyük müqavilələrin imzalanacağı da gözlənilir.
Trampın səfəri
zamanı krallıq bütün dünyanın müxtəlif yerlərindən olan 200-ə yaxın alim və
ilahiyyatçının iştirakı ilə terrorçuluqla mübarizəyə dair forum keçirəcək.
Qeyd edək ki,
Tramp may ayında Səudiyyə Ərəbistanı, İsrail, Vatikan və İtaliyaya səfər, həmçinin
NATO-un Brüsseldəki sammiti və “böyük yeddiliyin” Siçiliyadakı sammitində də
iştirak edəcək. Daha əvvəl ABŞ Prezidentinin Təhlükəsizlik üzrə məsləhətçisi
Herbert Makmaster bildimişdi ki, Tramp Səudiyyə Ərəbistanı səfəri zamanı 50-dən
çox müsəlman ölkənin liderləri ilə görüşəcək. / İslamazeri.com