Tehranın İmam cüməsindən həyəcan siqnalı: Məkkə imamının şiələrin qanını halal etməsi...
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
Tehranın bu həftəki cümə xətibi Ayətullah Muhəmmədəli Müvəhhidi Kermani olub
“Farsnews”-a
istinadən, seçiləcək olan prezidentin saleh, fəal və zəifləri fikirlərşən biri
olmasının zəruriliyini bildirən imam cümə deyib: “Xalqın seçkilərdə
kütləvi olaraq iştirakı onların dövlətərinə bağlılığının və ölkənin idarəçiliyində
şərik olduqlarının əlamətidir. Ölkəmizin təhlükəsizliyi və aramlığı dünya
xalqlarının diqqətlə bizə baxmasına səbəb olub. Ölkəmizin təhlükəsizliyi elə
bir şəraitdə təmin olunub ki, ətrafımız və hətta dünyanın hər tərəfi terror və
qarətdən rahat yuxuları yoxdur və İrana qibtə edirlər. Bu təhlükəsizlik və
azadlıq vəhdət, iman, inqilabi ruhiyyə və vilayətə boyun əyməklə əldə olunub.
Seçki rəqabətləri sona çatdı, bu gün dostluq günüdür. Namizədlər bilsin ki,
bugündən etibarən onların vəzifəsi qardaşlıq, səfa, əsmimiyyət, məhəbbət və həmkarlıqdır.
İran İslam Respublikası bu izzət və iqtidarı uca məqamlı Rəhbərimizə və vilayətə
boyun əyməklə əldə edib. Seçiləcək olan prezident yalnız sözdə deyil, həm də əməldə
Rəhbərə itaətini sübut etməlidir. Düşmən ölkədə ikili idarəçiliyi hiss etməməlidir.”
Ölkədə dövlət məmurları
tərəfindən gizli olaraq imzlanan UNİSEF-in 2030 sənədi barədə də danışan Ayətullah
Kermani bildirib: “Çox təəssüf olsun ki, bu sənəd gizli olaraq qəbul
olunub. Rəhbərimizin bu sənədin icrasının qarşısını almaqla bağlı göstərişi
sevindirici hal oldu. Bu sənədin qəbul olunması böyük bir faciə və xəyanət idi.
Sual burdadır ki, bu sənəd niyə gizli olaraq və səssiz qəbul olnub? Bu özü
başqa bir faciədir. Niyə açıq-aşkar olaraq elan etmədiniz ki, İranda keçirilən
təlim-tərbiyə proqramları ən uca səviyyədədir? Quran, islam və Əhli-beyt (ə) mədəniyyəti
buna səbəb olub. Qərb bilsin ki, bu eybli, fəsada səbəb olan və viran edici sənəd
İranda cırılıb, yandırılacaq. Oyaq və ayıq olan rəhbərimiz islam və Quranı
müdafiə edəcək. Təəccüb doğuran bəzi ölkə məmurlarının gizli işləri və qəflətləridir.”
Məkkənin imam
cüməsinin son sözlərinə münasibət bildirən Ayətullah Kermani “Məkkənin
imam cüməsi deyib ki, şiələrin, iranlıların qanı və namusu halaldır. Ərəbistanla
müzakirələr etdiklərini deyən məmurlar ziyarət zamanı İranlıların təhlükəsizliyi
ilə bağlı hansı addımları atıblar? Kimlərsə imam cümənin sözlərindən təsirlənsə
bunun qarşısı necə alınacaq? Mən qorxu yaratmaq niyyətində deyiləm, lakin məmurlar
xalqın bu barədə olan suallarını cavablandırsın. Biz xain vəhhabilərdən təhqir
və xəyanətdən başqa bir şey görməmişik. Əllərindən gəldiyincə şiə və iranlıları
təhqir edirlər. Bizə lazım olan izzətli həcc ziyarətidir.", - deyə əlavə
edib.
İmam cümə sözlərinin
sonunda ABŞ prezidenti barədə deyib: “ABŞ elə bir prezidentlə
qarşı-qarşıyadır ki, dünya onun ağlına şübhə edir. Onlar prezidenti dəyişmək
niyyətindədirlər.”. / İslamazeri.com