İran prezidenti Həsən Ruhani oldu
Posted on : iran 10/16/2017 1:00:27 PM
İranda keçirilən prezident seçkilərinin son nəticələri açıqlanıb.
İranın daxili
işlər naziri Əbdürrza Rəhmani Fəzli keçirdiyi mətbuat konfransında son nəticələri
açıqlayıb.
O bildirib ki,
23549616 nəfər prezident Həsən Ruhaniyə səs verərək onu İranın 12-ci prezidenti seçib. H.Ruhani
səslərin 57 faizini toplaya bilib.
Onun sözlərinə
görə, H.Ruhanin əsas rəqibi İbrahim Rəsisi səslərin 38.5 faizini (15786449 səs)
toplaya bilib.
Digər namizədlər
Mustafa Mİrsəlim 478215, Mustafa Haşimitəba 215450 səs toplaya bilib.
İranda keçirilən
prezident seçkilərində 56 milyon 410 min nəfər səsvermə hüququna malik idi. Səsvermədə
41220131 nəfər iştirak edib. Əhalinin
aktivliyi 75 faiz təşkil edib. / Maide.Az