header

 Yəhudi təşkilatı Azərbaycanda yeni məktəb açmağı planlaşdırır

Ötən gün prezident İlham Əliyev Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynı qəbul edib.

Prezidentin mətbuat xidmətinə istinadən, M.Honlayn Amerika yəhudi icmasının Azərbaycanda yəhudi məktəbinin inşasına investisiya qoymağı planlaşdırdığını diqqətə çatdırıb.

 

Malkolm Honlayn Azərbaycan-ABŞ əlaqələrindən, o cümlədən Amerika yəhudiləri ilə ölkəmiz arasında uğurlu əməkdaşlıqdan məmnunluğunu ifadə edib və bu əməkdaşlığın daha da gücləndirilməsinin önəmini vurğulayıb.

 

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

 

Qeyd edək ki,  2010-cu il oktyabrın 4-də Bakıda Xətai rayonu ərazisində yəhudi məktəbi açılıb. Açılışda prezident İlham Əliyev də iştirak edib.

 

Məktəbin açılışı üçün müxtəlif ölkələrdən yəhudi liderlər də Bakıya gəliblər. Onların arasında MDB Yəhudiləri Cəmiyyəti Federasiyasının prezidenti Lev Levayev, İsrailin baş ravvini Şlomo Amar və Amerika Yəhudi Konqresinin prezidenti Cek Rozen, Rusiyanın baş ravvini Berl Lazar davar.

 

Xatırladaq ki, Bakıda ilk yəhudi məktəbi 2003-cü ildə açılıb. Ümumilikdə paytaxt və Qubada 5 belə məktəb fəaliyyət göstərir. / İslamazeri

Ötən gün prezident İlham Əliyev Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynı qəbul edib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap