Bu avropalı yeniyetmə Quranın istənilən ayəsini əzbər oxuyur -VİDEO
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
Bosniyada 16 yaşlı Axmed Xamidoviç adlı qeyri-adi bir yeniyetmə var. O, 13 yaşında isə Bosniyanın ən gənc Quran hafizi olub.
O, 4 yaş
yarımlığında ərəb dilində oxumağı öyrənib, 5 yaşında Quranı öyrənməyə başlayıb,
13 yaşında isə Bosniyanın ən gənc Quran hafizi olub.
Hazırda Axmed mədrəsədə
oxuyur. O, dəfələrlə Quran oxunması üzrə yarışmaların qalibi olub. İndi o, Müqəddəs
Kitabımızın istənilən ayəsini gözəl avazla əzbərdən oxuyur.
"Quran həmişə
həyatımın əsas istiqamətveriçisi olub. Mən onu gündən-günə daha çox
oxumaqdayam. Quranı oxuyun və Allahı sevin. Gələcək planlarıma gəldikdə, mən
yaddaşımı daha da möhkəmləndirmək və daim Qurana uyğun yaşamaq niyyətindəyəm”-deyə
avropalı gənc bildirib.
Şükür Allaha
ki, hər birimiz üçün nümunə olacaq belə müsəlman gəncləri
var. (moderator.az)