Laçının işğalından 25 il keçir
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
Bu gün Azərbaycanın Laçın rayonunun işğalından 25 il keçir.
Ermənistan hərbi birləşmələri 1992-ci il
mayın 18-də Laçın rayonunu işğal ediblər.
İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə
və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb,
103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid,
225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi
köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi,
217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi
hazırda işğal altındadır.
İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi
olan Laçın rayonundakı bütün tarixi-mədəniyyət abidələrinin talan edildiyi
deyilir.
Bu rayonun əhəmiyyətli strateji
mövqeyinin olduğu da bildirilir. Laçın rayonu Ermənistanla Dağlıq Qarabağ
arasında koridor rolunu oynayır.
Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın
Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə
Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər,
Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.
1994-cü ildə tərəflər arasında atəşkəs
müqaviləsi bağlanıb. / Maide.Az