ABŞ senatorları Ərdoğanın mühafizəçilərinə görə Ankaradan üzrxahlıq tələb edib
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
Türkiyə Təhlükəsizlik Qüvvələrinin Vaşinqtonda etiraz aksiyalarında iştirak etməsinə görə, Amerikalı senatorlar Ankaradan üzrxahlıq tələb ediblər.
bu barədə The Hill xəbər yayıb.
Bununla əlaqədar respublikaçı senatorlar birgə bəyanat yayıblar. Onların sözlərinə görə, türkiyəli vəzifəli şəxslərin belə hərəkəti ABŞ Konstitusiyasında əks olunan Amerika dəyərlərini təhqir edir.
Xatırladaq ki, mayın 17-də Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşüb. Bununla əlaqədar onlarla yerli sakin Türkiyə liderinin gəlişinə etiraz olaraq aksiya keçiriblər.
Mitinq edənlərlə Ərdoğanın mühafizəçiləri arasında mübahisə düşüb, sonra isə bu münaqişəyə çevrilir.
Dövlət Departamentinin rəsmi nümayəndəsi Xizer Nauert Türkiyə Təhlükəsizlik Qüvvələrnin əməkdaşlarının Vaşinqtonda etiraz aksiyasında iştirak edənlər arasında qarşıdurmadan narahatlığını ifadə edib.