"+18" sərgisini təşkil edənlər məhkəməyə veriləcək
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
"+18" sərgisinin təşkilatçıları və rəssamla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Bunu aznews.az-a
Azərbaycan Uşaqlar Birliyini sədri Kəmalə Ağazadə Bakıda keçirilən qız
kuklalarından ibarət "+18" sərgisinə münasibətində deyib. O bildirib
ki, qanunla belə bir sərginin keçirilməsi üçün lazımi qurumlardan icazə
alınmalıdır:
"Mən
anlaya bilmirəm, kuklalardan ibarət sərginin keçirilməsində məqsəd nədir? Biz tədbirlər,
seminarlar keçirəndə nə böyüklükdə mərhələlərdən keçirik, lazımi qurumlardan
icazələr alırıq. Belə bir sərginin keçirilməsi üçün icazə alınıb? Ümumiyyətlə,
bu sərginin məqsədi nədir? Nəyi təbliğ edirlər? Hansısa bir fahişə qadının
keçmişini? Bu, nə rəzalətdir, nə biabırçılıqıdır? Uşaqları düşünün. Uşaqların
oyuncaqları ilə siz nə edirsiniz? Oyuncaqlar üzərində nümayiş etdirdiyiniz bu
obrazlar psixoloji problemi olan uşaqlara mənfi təsir edir. Ən əsas odur ki,
bunu uşaqlar görəcək".
Kəmalə Ağazadə
qeyd edib ki, bu sərgi Rusiyada keçirilib və böyük narazılığa səbəb olub:
"Utanmadınız ondan? Gördünüz ki, orada niyyətiniz baş tutmur, Azərbaycanda
həyata keçirməyi planlaşdırdınız? Bəyəm Rusiyada olanlar bu rəssama dərs olmur?
Sən nəyi əldə etməyə çalışırsan? Bir azərbaycanlı olaraq nəyi təbliğ eləmək istəyirsən?
Bu, belə qala bilməz. Uşaqların oyuncaqları kimlərinsə pis niyyətinə çevirilə
bilməz. Onlar cavab verməlidir."
Kamalə Ağazadə
bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə və hüquq-mühafizə orqanlarına da
müraciət edəcəyini vurğulayıb.