Saytların bloklanmasına Fransadan etiraz
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
Fransa Azərbaycan hakimiyyətinin bir neçə xəbər saytını bağlamaq qərarından narahat olub.
Bu barədə Fransa Xarici İşlər
Nazirliyi mayın 15-də açıqlama yayıb.
Fransa Azərbaycan hakimiyyətini azad
şəkildə qəbul etdiyi beynəlxalq öhdəliklərinə əməl etməyə, informasiya və mətbuat
azadlığına tam sayqı göstərməyə çağırır. «Bu azadlıqlar vətəndaş cəmiyyətinin
inkişafı və demokratik təsisatların möhkəmləndirilməsinin təməlidir. Fransa Azərbaycanda
medianın durumunu yaxından izləyəcək», – bəyanatda deyilir.
Mayın 12-də Səbail rayon Məhkəməsi
ölkənin təhlükəsizliyinə hədə yaratdıqları iddiası ilə AzadlıqRadiosunun,
«Azadlıq» qəzetinin, Meydan TV-nin, «Azərbaycan saatı» internet saytının və
Turan TV video kanalının bloklanması barədə qərar qəbul edib.
Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi bu saytlara girişi məhkəmə qərarından hələ çox əvvəl,
martın 27-dən bağlamışdı.