"Hicab idmanla məşğul olmağıma maneçilik törətmir"
Posted on : qafqaz 10/16/2017 1:00:27 PM
Anastasiya İbrahimli: "Uzun illər əvvəl İslama gəldim"
Bu cür yarış təşkil
etdiyinə görə, ölkəmizə minnətdaram. Qalib gəldiyim üçün çox sevinirəm".
"Report" xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi
Oyunlarında qızıl medal qazanan Azərbaycan ağırlıqqaldıranı Anastasiya
İbrahimli deyib. 69 kq çəki dərəcəsində çıxış edən İbrahimli Oyunlara hicabla
qatılmasına da münasibət bildirib: "Bu, mənim dinimdir. Uzun illər əvvəl
İslama gəldim. İdmançı olsa da, olmasa da, qadın özünü örtməlidir. Bu, mənim həyat
tərzimdir və idmanla məşğul olmağıma maneçilik törətmir”.
Qeyd edək ki, Anastasiya İbrahimli İslamiadada iki hərəkətin cəmində 219 kq
(birdən 100, təkanla 119 kq) nəticə ilə qızıl medala sahib çıxıb.