header

 Xristian liderlər fələstin xalqı ilə həmrəylik nümayiş etdirdi

"Biz hər zaman Fələstinin haqq işinin yanında olacağıq!”

“Islam Today”-ə istinadən, 2 xristian lider - Melkit yunan-katolik kilsəsinin keçmiş patriarxı Qriqoriy III Laham və Qüds pravoslav kilsəsinin Baş keşişi Feodosiy İsrail rejiminin həbsxanalarındakı fələstinli məhbuslarla həmrəylik nişanəsi olaraq aclıq aksiyasına qoşulublar.

 

“Mən dustaqlara deyirəm: sizin Fələstin uğrundakı iztirablarınızda biz də sizinləyik.”, - deyə 83 yaşlı Laham bildirib.

 

“Biz bu torpağa və azadlıq uğrunda mübarizə aparan bu xalqa mənsubuq. Biz hər zaman Fələstinin haqq işinin yanında olacağıq!”, - deyə Feodosiy bildirib.

 

Qeyd etmək lazımdır ki, Feodosiy Fələstin əsilli yeganə pravoslav Baş yepiskopudur. O, hər zaman Qüds xristian və müsəlmanlarının birliyi ideyasına bağlılığı ilə seçilib və adıçəkilən müqəddəs şəhərdə hər 2 dini icmanın sülh içərisində var olması istiqamətində çağırışlar edib./ İslamazeri.com

"Biz hər zaman Fələstinin haqq işinin yanında olacağıq!”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap