İŞİD Mosulda qadın və uşaqları qətlə yetirib dirəkdən asdı
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
İŞİD terrorçuları İraqda kütləvi qətl törədiblər.
“Islam Today”-ə
istinadən, İŞİD terror təşkilatının silahlıları kütləvi edam törədiblər.
Bu səfər isə
terrorçuları Mosuldan qaçaraq xilas olmaq istəyən şəhər sakinlərinə amansız
divan tutublar. İlkin məlumata əsasən, 140-dan çox dinc sakin qətlə yetirilib.
Ölənlər arasında çox sayda qadın və uşaq da var.
İraq KİV-ləri
bildirirlər ki, terrorçular edam etdikləri insanları “xilafət torpaqlarını” tərk
etmək istəyən “kafir” adlandırıblar və onları İraq hərbçilərinə məlumat ötürməkdə
ittiham ediblər. Öldürülənlərin bədənləri elektrik xətti dirəklərindən asılıb. / İslamazeri.com