Səudiyyə rejimi Əhli-beyt (ə) ardıcıllarının sıx yaşadığı Avamiyyə şəhərini 7 gündür mühasirədə saxlayır
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
Səudiyyə rejiminin təhlükəsizlik qüvvələri artıq 7 gündür ki, ölkənin şərqində Əhli-beyt (ə) ardıcıllarının sıx yaşadığı Avamiyyə şəhərini mühasirədə saxlayır
Beynəlxalq
KİV-lərə istinadən, Səudiyyə rejimi təhlükəsizlik qüvvələri may ayının 10-dan
Avamiyyə şəhərinə ağır hərbi texnika və vertolyotlarla hücum edib və şəhəri
mühasirəyə alıb.
Səudiyyə
rejiminin qüvvələrinin Avamiyyənin müxtəlif məhəllələrinə təşkil etdiyi
hücumlarda bəzi sakinləri yaralanıb, vətəndaşların evləri və əmlakları
dağıdılıb.
Səudiyyə rejimi
bildirir ki, hücumlar tarixi əhəmiyyətli Əl-Məsurə məhəlləsi hazırlanmış
proqram əsasında sökülməli və yenidən qurulmasını təmin etmək üçün baş verir .
Sosial şəbəkələrdə
texnika ilə insanların evlərinin dağıdılmasına dair videolar yayımlanıb.
Avamiyyə sakinləri
susuzluqdan əziyyət çəkir, bölgənin elektrik enerjisi kəsilib.
Səudiyyə
rejiminin xüsusi təyinatlı birlikləri Əl-Məsurə məhəlləsini mühasirəyə almaq
üçün nəhəng bloklar istifadə edib. Təhlükəsizlik qüvvələri, nəzarət nöqtələri
yaradaraq, ətrafda zirehli maşınlar yerləşdirib.
Əvamiyyə bölgəsi
təqribən 6 ildir ki, rejim əleyhinə dinc aksiyalara şahiddir. Etirazçılar Riyad
hökumətinin ölkədə şiələrə qarşı represiya siyasətlərinə etiraz edir. Onlar bu
kimi ayrıseçkilik siyasətlərinə son qoyulmasını istəyi. Səudiyyə rejiminin represiyaları
nəticəsində indiyədək bir neçə nəfər öldürülüb və onlarla insan yaralanıb və ya
həbs olunub.
Səudiyyə Ərəbistan
əhalisinin 15 faizi şiələr təşkil edir. Şərqiyyə vilayəti əsasən şiələrin məskunlaşdığı
bölgədir. Səudiyyə Ərəbistanın ən önəmli neft hasilat etdiyi yer bu vilayətdə
yerləşir.
Aprelin 11-də
Avamiyyə bölgəsinə Səudiyyə rejiminin qüvvələrinin təşkil etdiyi hücum vaxtı 3
nəfər həlak olmuş, 16 nəfər yaralanmışdır. / Maide.Az