Siyavuş Novruzov ölüm hökmünün bərpasının əleyhinə çıxıb
Posted on : qafqaz 10/16/2017 1:00:27 PM
"Bizdə elə cəzalar var ki, ölüm cəzasından da sərtdir"
Milli Məclisin
iclasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, MM-in İctimai
birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov BAXCP sədri,
deputat Qüdrət Həsənquliyevin ölüm hökmünün bərpası ilə bağlı təklifinə etiraz
edib.
FaktXəbər-in
APA-ya istinadən məlumatına gröə, çıxış edən S. Novruzov deyib ki, ölüm
hökmünün bərpası doğru deyil: “Azərbaycanda ölüm hökmünü ümummilli lider Heydər
Əliyev aradan qaldırıb. Bu, onun atdığı hümanist addımlardan biridir. Eyni zamanda, unutmayaq ki, insana canı Allah
verib, Allah da ala bilər. Cinayətə gəldikdə, bizdə elə cəzalar var ki, ölüm cəzasından
da sərtdir”.