Yəmənin paytaxtında fövqəladə vəziyyət elan olunub - VİDEO
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
Yəmənin paytaxtı Sənada vəba epidemiyası səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.
Beynəlxalq
Qırmızı Xaç Komitəsi elan edib ki, aprelin ayının sonundan Yəməndə vəba
epidemiyasında 115 nəfər həlak olub.
Beynəlxalq
Qırmızı Xaç Komitəsinin nümayəndəsi Dominik Stilhart bildirib ki, ölkənin 14 əyalətində 8,5 mindən çox yoluxma halı qeydə alıblar.
D.Stilhart
bildirib ki, vəba epidemiyası çirkli su və havaların isinməsi səbəbi ilə daha
da geniş formada yayılmağa başlayıb.
Yəmən Səhiyyə
Nazirliyi humanitar təşkilatları epidemiya ilə mübarizədə dəstək olmalarına
çağırıb.
Qeyd edək ki,
ötən ildə vəba epidemiyasına görə 115 nəfər həyatını itirib.
Xatırladaq ki,
Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya 2 ildən çoxdur ki, bu yoxsul ölkənin
ərazisinə təcavüz edib və hər gün bu ölkənin müxtəlif bölgələrini qırıcılarla
bombalayır. Bunun nəticəsində Yəməndə səhiyyə
ocaqları, xəstəxanalar və digər tibbi infrastruktur məhv edilib.
Təqribən 3.3
milyon yəmənli ki, onlardan 2.1 milyonu uşaqlardır aclıqdan əziyyət çəkir. BMT
elan edib ki, Yəməndə 17 milyon nəfər yaxın zamanlarda aclıqla üzləşəcək. Səudiyyə
Ərəbistanı rejimi və müttəfiqlərinin hücumları nəticəsində indiyədək 12 min nəfərdən
çox yəmənli həyatını itirib. (presstv)