Şeyx Sərdarın məhkəməsinin vaxtı açıqlandı- AUDİO
Posted on : qafqaz 10/16/2017 1:00:27 PM
Mayın 19-da Masallı rayon Məhkəməsində Azərbaycan Ruhanilər Məclisinin üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsinə hazırlıq iclası keçirilicək.
Bu barədə Şeyx
Sərdar Hacıhəsənlinin vəkili Cavad Cavadov Maide.Az -a açıqlamasında məlumat
verib. "Namaz məhhusu Şeyx Sərdar Hacıhəsənli barəsində Masallı rayon
polis idarəsində qaldırılmış heç bir əsası olmayan AR Cinayət Məcəlləsinin
168-3.1.3 maddəsi ilə olan cinayət işi üzrə istintaq bildiyiniz kimi
yekunlaşmışdır. Cinayət işi Masallı
rayon Məhkəməsinə baxılması üçün göndərilmişdir. Masallı Rayon Məhkəməsində iş
hakim Anar Alməmmədovun icraatına verilib və bu gün əldə etdiyim məlumata görə
məhkəmənin hazırlıq iclası 19 may saat
16:00-a təyin edilmişdir".
Vəkil Cavad Cavadovun Maide.Az-a olan açıqlamasını aşağıdakı səsdə dinləyə bilərsiniz: