header

 Həşdüş-Şəəbi Ərdoğana cavab verdi

İraqda Xalq Səfərbər Qüvvələrinin sözçüsü Kərim Nuri heç kimin İraqın daxili məsələlərinə müdaxilə etməsinə icazənin verilməyəcəyini deyib.

İraqda Xalq Səfərbər Qüvvələrinin sözçüsü Kərim Nuri əl-Məyadin televiziyası ilə müsahibədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tələfər haqda açıqlamasına (Ərdoğan: Tələfər şəhərində əhalinin əksəriyyəti şiə və sünni türkmanlardır, xalq səfərbər qüvvvələrinin bu şəhərdə müdaxiləsindən nigaranıq və bu hadisənin baş verməsinə icazə verməyəcəyik) münasibət bildirib: Biz öz ölkəmizdə İŞİD-lə mübarizəyə qalxmışıq və bölgədə və ya bölgədən kənarda bir sıra şəxslərin işimizə müdaxilə etməsinə icazə verməyəcəyik.

 

Kərim Nuri deyib: Ərdoğan şiələr, sünnilər və türkmənlərdən təşkil olunan Xalq Səfərbər Qüvvələrinin fəaliyyətindən nigaran olur. Halbuki İŞİD Tələfər şəhərinə daxil olduğu zaman iyzədi, türkman və ərəb qız və qadınları cinsi qul götürəndə nigaran olmadı. O reallıqdan qaçmaq istəyir və özünü Trampın qarşısında əsaslandırmağa çalışır ki, Tram ona regionda əlavə rol oynamaq şəraiti yaratsın. Ərdoğan bu gün qeyri-münasib psixi durumdadır. O İraq parlamentində təsdiqlənən Xalq Sərəbər Qüvvələri təşkilatına dözə bilmir, hərbçilərini İraqın Bəşiqə bölgəsinə ezam edir və izahat zamanı Türkiyə parlamentində belə müdaxiləni təsdiqlənməsindən söz açır. Biz öz ərazilərimizdə mübarizə aparırq və heç kimin bizim daxili məsələlərimizə müdaxilə etməsinə icazə verməyəcəyik, Türkmanlar da bizim vətəndaşlarımızdır.

İraqda Xalq Səfərbər Qüvvələrinin sözçüsü Kərim Nuri heç kimin İraqın daxili məsələlərinə müdaxilə etməsinə icazənin verilməyəcəyini deyib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap