Astarada islamçı məhbuslarla həmrəylik gecəsi
Posted on : iran 10/16/2017 1:00:26 PM
İran Astarasında Azərbaycan Respublikasının islamçı məhbusları ilə həmrəylik istiqamətində mərasim keçirilib.
Höccətülislam vəlmüslimin
Mehdi Teymuri Məhəmməd Rəsulullah (s.ə.s) məscidində İmam Musa Kazımın (ə) şəhadəti
və astaralıların Azərbaycanın islamçı məhbuslarının dərdinə şərik çıxması mərasimində
deyib: Əhalisinin 80%-ni şiələr təşkil edən ölkədə hicab qadağası bəzi etirazçı
fəalların həbsə düşməsi ilə nəticələnmişdir. Bu dərk ediləsi deyildir.
Əfqanıstan,
İraq, Suriya, Pakistan və Azərbaycan kimi bəzi qonşu ölkələrdə dini fəalların
repressiya və təzyiqə məruz qoyulmasından təəssüflənən Höccətülislam Teymuri
deyib: İslam vacibatı və Quran təlimlərinin genişlənməsi yolunda şəhid olanlar
və yaxud təzyiqə məruz qalanlar İmam Musa Kazımı (ə) örnək qərar vermişlər. O
imam əsil islamı müdafiə etmək üçün uzun illər Harunun həbsxanalarında əsirliyin
acılığını daddı və şəhid oldu.