header

 Xaricdə dini təhsil alanlar yenidən fəaliyyət göstərə bilər

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanuna əlavələr təklif edilir.

 

İslamazeri.com APA-ya istinadən məlumatına görə, layihə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

 

Komitə sədri Siyavuş Novruzov layihə barədə məlumat verərək bildirib ki, layihəyə əsasən, Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla islam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər:

 

"Mövcud qanunvericilik xaricdə təhsil alan Azərbaycan vətəndaşına dini ayin və mərasimlərin aparılmasını qadağan edir. Çünki əksər hallarda xaricdə təhsil alan şəxs təhsil aldığı ölkənin dini qaydalarını, mədəniyyətini təbliğ etməyə çalışırdı və bu da Azərbaycan dövlətçiliyi ilə ziddiyyət  təşkil edirdi. Amma buna baxmayaraq, xaricdə təhsil alan xeyli sayda vətənini sevən savadlı din mütəxəssisləri də var və onlar da bu qadağa nəticəsində ölkədə fəaliyyət göstərə bilmir. Bununla müəyyən mənada onların hüquqları pozulur və fəaliyyətlərində məhdudiyyət yaranır. Nəticədə həmin şəxs ya ölkədən getmək, ya da bəzi dini qruplara qoşulmaq zorunda qalır. Bütün bunları nəzərə alaraq yeni dəyişiklikdə xaricdə təhsil salan savadlı din mütəxəssislərinin hüquqlarını bərpa etmək, həm də ölkədə savadlı din xadimləri tərəfindən dinin təbliğini təmin etmək məqsədilə həmən şəxslərin fəaliyyətinə icazə verilməsi nəzərdə tutulur. Bu dəyişikliklər edildikdən və qüvvəyə mindikdən sonra bu şəxslər yaranmış imkanlardan yararlanacaqlar”.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Dəyişikliyə uyğunlaşdırma məqsədilə müvafiq olaraq Cinayət Məcəlləsinin müvafiq maddələrində də dəyişiklik edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap