Yəmən ordusu Səud muzdlularını pusquya saldı
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
Səudiyyə Ərəbistanı muzdluları Yəmən ordusu tərəfindən pusquya salındı.
SANA-ya istinadən,
Yəmənin əl-Cəuf və Taiz əyalətlərində cəmləşmiş Səudiyyə Ərəbistanı rejiminin
muzdluları ordu qüvvələri tərəfindən raket və minaatanlardan atəşə tutulub.
Düşmənin onlarla canlı qüvvəsi məhv edilib və yaralanıb.
Hərbi mənbənin
məlumatına əsasən, Yəmən ordusu əl-Cəuf əyalətində Səudiyyə Ərəbistanı rejimi
muzdlularının dəstəsinə raket zərbəsi endirib. 47 nəfər məhv edilib və
yaralanıb.
Hərbçilər və
xalq könüllüləri ötən gün Taiz əyalətində də səudiyyəli əsgərləri atəşə
tutublar. Çox sayda düşmən qüvvəsi məhv edilib.
Bundan əlavə, Yəmən
hərbçiləri Səudiyyə Ərəbistanının Cizan əyalətinə bu ölkənin hərbçilərini
pusquya salıb. Səud rejiminə məxsus maşın və bir neçə muzdlu məhv edilib. /
İslamazeri.com