İran: İsrail tərk-silah edilməlidir!
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
Moskvada keçirilən konfransda çıxış edən İran müdafiə naziri İsrail barədə danışıb.
RİA-ya istinadən,
İranın müdafiə naziri Hüseyn Dehqan bildirib ki, rəsmi Tehran İsraili istənilən
kütləvi qırğın silahlarından, o cümlədən nüvə və kimyəvi silahlarından məhrum
etməyi zəruri hesab edir.
“Biz əminik
ki, beynəlxalq iradə formalaşdırılmalıdır və o nüvə silahsızlaşdırılmasına yönəlməlidir,
ən azından, Yaxın Şərqdə İsraili tərk-silah etmək lazımdır, onu kimyəvi və nüvə
də daxil olmaqla, istənilən kütləvi qırğın silahından məhrum etmək lazımdır. Bu
addımlar regiondakı təhlükəsizlik təmin etmək üçün atılmalıdır.”, - deyə
Dehqan Moskvada keçirilən təhlükəsizlik konfransından çıxış edən zaman bildirib. / İslamazeri.com