İŞİD-çilərə Malayziyada terror törətmək tapşırığı verilib
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
İŞİD terror təşkilatının rəhbərləri Malaziya və digər Cənub şərqi Asiya ölkələrindən olan terrorçulardan məsul səhra komandiri Muhəmməd Vandidən narazıdırlar.
TASS-a istinadən,
bu barədə Star qəzeti xəbər yayıb. Nəşr bildirir ki, Malaziya ərazisində ilin
sonuna kimi bir sıra iri hücumlar həyata keçirməsi üçün onun qarşısında şərt
qoymuşdu.
Star qəzeti
yazır ki, 26 yaşlı Vandi öz arvadı ilə
birlikdə 2016-cı ilin yanvarında
Suriyaya köçür. Orda İŞİD terrorçuları tərəfindən
malayziya dilində danışan (İndoneziya, Malayziya, qismən Sinqapur və Filippinlərdə
yayığındır) yeni terrorçuların cəlb edilməsində məsul idi. Bundan başqa o, ilk
növbədə Malayziyada terror aktları həyata keçirməli idi.
Qəzet xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən
bildirir ki, bu müddət ərzində Vandi
avncaq bir terror aktının hazırlanmasında – ötən ilin iyun ayında Kuala Lumpur
ətrafında gecə klublarının birində hücumda iştirak edib.
Ölkənin Milli Polisinin rəhbəri Xalid Əbu Bəkr bunu İŞİD-in ölkədə ilk aktı adlandırmışdı.
Əyləncə müəssisəsinə atılan bombanın partlaması nəticəsində 8 nəfər
yaralanmışdı.
Hüquq müdafiə
orqanları bildirir ki, Vandi mobil WhatsApp tətbiqində əsasən Malayziyalı gənclərdən
ibarət 100 qrupu işlədir. Hazırda onların qarşısına əvvəllər İŞİD-in tərəfində
vuruşan 50 malayziyalının vətənə qayıtmasının qarşısını almaq tapşırığı qoyulub.
Cari ayın əvvəlində ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət idarəsi Vandini ən axtarılan
terrorçular siyahısına əlavə edib. / FaktXeber.com