Türkiyədə İslami Təşkilat üzvləri polisin hücumuna məruz qalıb döyüldülər - VİDEO, FOTO
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
Adanada tanınmış ilahiyyatçı Alparslan Kuytulun "Furqan" təşkilatının üzvlərinə polis hücumu çox az media tərəfindən işıqlandırılıb
Türkiyənin
Adana şəhərində tanınmış ilahiyyatçı Alparslan Kuytulun "Furqan" təşkilatının
keçirmək istədiyi İslam Peyğəmbərinin mövlud həftəsi tədbirinə izin verilməməsi
və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi - xüsusi yazı işləri
müdiri Cem Küçükün Mavi Mərmərə gəmisindəkilərə (şəhidlər daxil) manyak,
radikal deməsinə etiraz olaraq keçirilən mətbuat açıqlamasına polisdən çox sərt
təpki gəlib.
Belə ki, polislər
təşkilat üzvlərinə hücum edərək ağır bədən xəsarətləri yetirmiş, qadınlara
gözyaşardıcı qazla hücum ediblər. Hadisə 22 apreldə baş verib.
Qeyd edək ki,
bu xəbərlər çox az media tərəfindən işıqlandırılıb.
Xatırladaq ki,
Alparslan Kuytul Türkiyədə vəhdətçi, İsrail əleyhdarı və Ərdoğanın siyasətinə sərt
etiraz edən nadir ilahiyyatçılardandır.
İslamazeri.com