header

 Azərbaycandakı bahalaşma rəqəmlərdə - CƏDVƏL

Azərbaycanda bu ilin mart ayında istehlak səbətinə daxil olan ərzaq məhsullarının aylıq qiymət artımında ən yüksək dəyişiklik naringidə qeydə alınıb və artım 30,5% təşkil edib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, 1 kq naringi üzrə orta qiymət 2,25 manat, o cümlədən yerli məhsul 2,22 manat, idxal isə 2,28 manat olub. Qiymət artımı üzrə ilk onluqda ət məhsullarından yalnız toyuq əti yer alıb.
 
Qeyd edək ki, martda ərzaq məshullarından yalnız göyərti (-9,1%) və baş soğan (-10,1%) ucuzlaşıb. 
 
Mart ayında ən çox qiymət artımı qeydə alınan ərzaq məhsullarının siyahısı:
 
 
Məhsulun adı Əvvəlki aya nisbətən, %-lə
Naringi 130,5
Banan 115,3
Heyva 114,6
Şirin bibər 112,8
Şabalıd 112,0
Portağal 111,7
Badımсan 111,6
Kivi 110,9
Armud 110,7
Toyuq əti 109,5
Qoz 109,5
Nar 109,3
Pomidor turşusu 108,6
Ağ kələm 107,8
Balqabaq 107,8
Alma 107,2
Sümüklü mal əti (doğranmış) 106,9
İstixana pomidoru 106,8
Fındıq 106,5
Xiyar turşusu 106,4
Kələm turşusu 106,1
Əlavə toyuq əti məhsulları 105,5
Kartof 105,4
İstixana xiyarı 105,1
Sümüklü qoyun əti 105,0
Farş 105,0
Yerkökü 104,9
Mal сiyəri 104,8
Sümüksüz mal əti (tikə) 104,5

 

Azərbaycanda bu ilin mart ayında istehlak səbətinə daxil olan ərzaq məhsullarının aylıq qiymət artımında ən yüksək dəyişiklik naringidə qeydə alınıb və artım 30,5% təşkil edib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap