header

 İKİNCİ SƏCİYYƏ: MÜLAYİM RƏFTAR

MÜLAYİM RƏFTARA TOXUNAN AYƏLƏR-2

Rəhman Allahın həqiqi bəndələrinin xüsusi səciyyələrindən olan camaatla hövsələ və təmkinlə davranmaq, məxsusən nadanlarla mülayim rəftar etmək, bihudə sözlərə əhəmiyyət verməmək, əfv və güzəşt sahibi olmaq haqda Qurani-Kərimin üç ayəsində söz açılır:


1. “Furqan” surəsi, 63-cü ayə:


...وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا


“...(Rəhman Allahın həqiqi bəndələri) nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman “salam” (xoş və yumşaq söz) deyən kəslərdir.”



2. “Əraf” surəsi, 199-cu ayə:


خُذِ الْعَفْوَ وَأْمُرْ بِالْعُرْفِ وَأَعْرِضْ عَنِ الْجَاهِلِينَ


“Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər (onlarla döyüşə başlama).”


Burada neçə mətləb diqqəti özünə cəlb edir:


a) Bu ayədə birbaşa Peyğəmbəri-Əkrəmin (s) özünə tapşırıq verilir. Yəni əfv, güzəşt və başqalarının xətalarını bağışlamaq məsələsinə ilk növbədə rəhbərlər riayət etməlidirlər ki, cəmiyyət də onları örnək bilsin.


b) İmkan olduğu surətdə insan malının artıq qalanını Allah yolunda möhtaclara infaq etməli, hər zaman orta həddi gözləməli (ifrat və təfritdən uzaq olmalı), başqalarının üzrünü qəbul etməyi bacarmalı və hər işdə çətinlik yaratmamalıdır!


c) Nadanların nalayiq sözləri, töhmət və ya yersiz mübahisələrinə tez reaksiya verməməli, onların kənarından alicənablıqla ötmək lazımdır. Ərəb şairi demişkən:


وَلَقَدْ مَرَرْتُ عَلى اللَّئِيمِ يَسُبُّنِى فَمَضَيْتُ ثَمَّةَ قُلْتُ لَاَيَعْنِيِنِى

“Nadan bir şəxslə rastlaşarkən mənə nalayiq sözlər dedikdə, kənarından alicənablıqla keçərək, öz-özümə dedim ki, məqsədi mən deyildim.”


ç) İmam Sadiqdən (ə) “Qurani-Kərimdə əxlaqa dair ən əhatəli ayə hansıdır?” – deyə soruşduqda, “Əraf” surəsinin 199-cu ayəsini göstərir. Çünki bu ayədəki iffət, hikmət və şücaət məsələləri əxlaqın üçlük üsulunu təşkil edir.


2. “Furqan” surəsi, 72-ci ayə:


وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا


“(Onlar) bihudə və boş şeylərin yanından etinasız və alicənablıqla keçirlər.”


Rəhman Allahın bəndələri hər hansı bihudə söz-söhbət və işlərdən tamamilə uzaqdırlar və belə hallarla üzləşdikdə də, kənarından alicənablıqla keçirlər.


Bir sözlə, rəhman Allahın həqiqi bəndələrinin səciyyələrindən biri də nadan insanlarla hövsələ və təmkinlə davranmalarıdır. Onlar nadanların hər sözünə əsəbiləşmir və mümkün qədər qarşı tərəflə mülayim rəftar edirlər.


Rza Şükürlü (Maide.az)

 

 

MÜLAYİM RƏFTARA TOXUNAN AYƏLƏR-2
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap