HƏDİSLƏR AYNASINDA RƏCƏB AYININ FƏZİLƏTİ – 16
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
HƏDİSLƏR AYNASINDA RƏCƏB AYININ FƏZİLƏTİ – 16
Rəcəb ayında gecə ibadətlərinin fəziləti:
جَابِرٍ
رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ مَنْ صَامَ يَوْماً مِنْ
رَجَبٍ وَ قَامَ لَيْلَةً مِنْ لَيَالِيهِ- بَعَثَهُ اللَّهُ آمِناً يَوْمَ
الْقِيَامَةِ- وَ مَرَّ عَلَى الصِّرَاطِ وَ هُوَ يُهَلِّلُ وَ يُكَبِّرُ. وَ مَنْ
صَامَ أَكْثَرَ مِنْ ذَلِكَ وَ قَامَ- أَمَرَ اللَّهُ تَبَارَكَ وَ تَعَالَى الْمُنَادِيَ
يَوْمَ الْقِيَامَةِ- فَيُنَادِي: أَلَا إِنَّ فُلَانَ بْنَ فُلَانٍ سَعِدَ
سَعَادَةً لَا يَشْقَى بَعْدَهَا. وَ مَنْ صَامَ أَكْثَرَ الشَّهْرِ- أَعْطَاهُ
اللَّهُ تَبَارَكَ وَ تَعَالَى فِي الْجِنَانِ مُدُناً وَ قُصُوراً- لَا يَقْدِرُ
وَصْفَهُ الْوَاصِفُونَ
Cabir bin Əbdullah Ənsari Peyğəmbəri-Əkrəmin
(s) belə buyurduğunu nəql edir: “Hər kəs Rəcəb ayında bir gün oruc tutsa və gecələrindən
birində oyaq qalıb ibadətlə məşğul olsa, Allah-Taala onu qiyamət günü amanda
saxlayar və “Sirat” körpüsünü “Təkbir” (Allahu-əkbər) və “Təhlil” (La ilahə illəllah)
deyərək keçər. Hər kəs bir gündən çox oruc tutsa və gecələri oyaq qalıb ibadətlə
keçirsə, qiyamət günü Allah-Taala carçıya əmr edər ki, belə car çəksin: “Fılankəsin
oğlu fılankəs elə xoşbəxtdir ki, heç vaxt bədbəxt olmayacaq.” Hər kəs Rəcəb
ayının çoxunu oruc tutarsa, Allah-Taala ona cənnətdə vəsfəgəlməz şəhər və qəsrlər
ət edəcəkdir.”
(“Fəzailu əşhuris-səlasə”
(Üç ayın fəzilətləri), Şeyx Səduq, mütərcim: Mirməhəmməd Bəşir)
Mənbə: Maide