header

 İslam həmrəyliyi “oyunları”

Görəsən, abidə və məscidlərin sökülməsi də bu proqramdakı yarışların bir növüdürmü?

Bir sıra tədbirlərə ev sahibliyi etmiş ölkəmiz, may ayının 12-22-si aralığında keçirilməsi planlaşdırılmış IV İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi edəcək və buna ciddi şəkildə hazırlaşır. Amma bu tədbirin digərlərindən fərqi ondadır ki, əcnəbi idmançılar və turistlərin əksəriyyəti 50 müsəlman ölkəsindən gələn inanclı insanlar olacaq. Onların özünəməxsus həyat tərzini nəzərə alsaq, bu idman oyunlarının nəinki İslam həmrəyliyinə, heç İslam dininin özünə uyğun olmadığını görərik. Bu məsələni incələdikdə xeyli fəsad və pərdəarxası planların olduğunu görmək mümkündür.

 

Pərdəarxası oyunlara alət edilərək İslam Həmrəyliyi adı altında keçirilən oyunlar əslində "Qlobal Oyunlar"dan başqa bir şey deyil. Əksinə, dünya siyasətini və insanları istiqamətləndirmək üçün hazırlanmış planın tərkib hissəsidir.

 

İslam Həmrəyliyi Oyunlarının idarə və nəzarət edilməsinə görə cavabdeh olan təşkilat - İslam Həmrəyliyi İdman Federasiyası (İHİF), İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bir bölməsidir. İƏT 4 qitədən 57 dövlətin üzv olduğu, BMT-dən sonra ən böyük dövlətlərarası təşkilatdır. “İƏT dünyanın müxtəlif xalqları arasında sülh və əmin-amanlığın təbliğatı ruhunda İslamın maraqlarını qoruyan dünya müsəlmanlarının ortaq səsidir” fikrini formalaşdırmağa çalışır. Amma İslam Həmrəyliyi adı altında İslamın maraqlarına yad işlərlə məşğuldur. İslamda həmrəylik insanların görüntü olaraq deyil, əksinə, dinin vacibatlarına əməl edərək bir araya gəlməsidir.

 

Təşkilatçı qurumların verdiyi məlumatlara əsasən, müsəlman ölkələrindən gələn qonaqlar üçün halal qidalardan tutmuş, gün ərzində dindarların ibadətinin təşkilinə, onların məscidlərdə namaz qılmasının təmin edilməsinə kimi hər şeyin qaydasında olmasına çalışırlar.

 

Artıq ötən ildən hökumətin İslamiadaya hazırlıqla bağlı hotellərdə “Halal standartı” layihəsinə başladığı bildirilir. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm Assosiasiyası (ATA) ilə birgə hotellərdə və turizm mərkəzlərində tətbiq olunacaq halal standartları hazırlayacaqlar. ATA sədrinin müşaviri mətbuata açıqlamasında deyib ki, İslam ölkələrindən gələn turistlərin məmnunluğunu artırmaq məqsədilə önəmli işlər görülür. İslam Həmrəyliyi Oyunları ilə əlaqədar turistlər üçün hotellərdə namaz otaqlarının təşkili və ATA-nın nəzdində yaradılan Bakı ekskursiya bürosunda ərəb və fars dillərini öyrənmək üçün ekskursiya bələdçiləri də hazırlanır.

 

Əslində halal qida və ibadət üçün şəraitin yaradılmasını gündəmə gətirmək gözdən pərdə asmaq üçün bir bəhanədir. Əgər həqiqətən də İslam dini və müsəlmanlar önəmli olsa idi, idman yarışlarının tərkibində olan dinə zidd oyunlar proqramdan çıxarılardı. "İslam Həmrəyliyi Oyunları" çərçivəsində qadınlar arasında keçiriləcək voleybol, üzgüçülük və başqa digər idman növlərindəki oyunlarda qadınların dinə zidd geyimlərinin İslam dininə və əxlaqına bir aidiyyatı yoxdur. İslam dinində qadın bədəninin onun yaxını, məhrəmi olan kəsdən başqasına görünməsi haram olduğu halda, "İslam Həmrəyliyi" adı altında nümayişi İslam dininə xəyanətdir. İslam həmrəyliyi adı altında dünyada təşkil olunan bu idman oyunları və digər tədbirlər, əslində, İslam dininin Allahın qoyduğu deyil, insanların təyin etdiyi qaydalar çərçivəsində təbliğatıdır. Bu işlər insanları İslamın əsaslarından uzaqlaşdıraraq özlərinin təyin etdiyi İslam qaydalarına yönəltmək məqsədi daşıyır.

 

Bundan başqa IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edərkən 50-dən çox müsəlman ölkəsinin qatılacağı idman yarışları günlərində iştirakçı və qonaqlara çeşidli proqram və tədbirlərdə Azərbaycanın zəngin mədəniyyətini və incəsənətini təqdim etməyi planlaşdıran qurumlar, görəsən, niyə tarixi abidə kimi qeydiyyata salınmış məscidləri sökməyə başlayıblar? Görəsən, abidə və məscidlərin sökülməsi də "İslam Həmrəyliyi Oyunları" proqramındakı yarışların bir növüdürmü?

 

 

Rəşad Dadaşov

AİP Gənclər Təşkilatı

Görəsən, abidə və məscidlərin sökülməsi də bu proqramdakı yarışların bir növüdürmü?
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap