Allahın nuru ilə baxan, onun tövfiqatı ilə danışan fərasətli mömin
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
Allahın nuru ilə baxan fərasətli mömin kimlərə deyilir?
Qurani-Kərimdə
Hicr surəsinin 75-ci ayəsində dünyada bəzi keçmiş qövmlərə nazil edilən bəlalar
və insanların üzləşdiyi çətinliklər haqda buyurulur:
“Bunda (bu əzabda)
düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!”
Tanınmış müfəssir
Əllamə Təbatəbai “düşünüb, daşınanlar” (əl-mütəvəssimin) ibarəsini fərasətlilər
kimi izah edir.
Əl-Mizanda
deyilir: “Allahın Rəsulu buyurdu ki, möminin fərasətindən qorxun, çünki o
Allahın nuru ilə baxır. Bundan sonra Peyğəmbər bu ayəni oxudu: “Bunda (bu əzabda)
düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!”, yəni fərasitlilər
üçün.
Allahın Peyğəmbəri
yenə buyurub: “Möminin fərasətindən (və ya fərasətli mömindən) qorxun! Çünki
onlar Allahın nuru ilə baxır və Allahın tövfiqatı ilə danışırlar” (Kənzul-Ümmal,
hədis-30730)
İmam Əli
buyurur: “Möminlərin ehtimallarından və hissindən qorxun! Çünki Allah haqqı
onların dilində qərar verib.
İmam Baqir
buyurur: “Hər bir məxluqun alnında onun mömin və kafir olduğu yazılıbdır. Amma
bu sizə gizlindir. Bu Ali-Məhəmmədin imamlarına gizlin deyil. Onların yanına
gedən hər birinin mömin ya kafir olduğunu bilirlər.” İmam sonra “Bunda (bu əzabda)
fərasətlilər üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!” ayəsini oxudu və bəyan
etdi ki fərasətlilər Ali-Məhəmmədin imamlarıdır.
Yuxarıda deyilən
ayədən, hədislərdən və Əllamə Təbatəbainin təfsirindən bir neçə nəticə əldə
olunur:
1- Möminin vacib şərtlərindən biri fərasətli
olmaqdır. Fərasətsiz insan , haqqının digəri tərəfindən yeyilməsinə göz yuman,
bunu almağı bacarmayan, əfəl, iti baxışları olmayan, uzaqgörənliyi olmayan,
siyasətçi olmayan və insanları tanıya bilməyən mömin deyil.
2- Fərasətlilərin bariz nümunəsi imamlardır.
3- Fərasət dedikdə, dələduzluq edib,
insanların haqqına sahib çıxmaq, onları aldatmaq və hiyləgərlik etmək nəzərdə
tutulmur.
4- Fərasətli mömindən qorxun dedikdə, yəni
onlara qarşı hiylə işlətməyin, onlara zülm etməyin deməkdir, onlardan qorxub,
qaçmaq anlamında deyil. / İslaminSesi