header

 34-cü Beynəlxalq Quran Yarışı: Azərbaycanda təmsil olunur - FOTO

İran İslam Respublikasının paytaxtı Tehranda 34-cü Beynəlxalq Quran Yarışı təntənəli mərasimlə işinə başlayıb.

"Bir kitab, bir ümmət" şüarı altında keçirilən bu ilki müsabiqədə Azərbaycandan iki Quran qarisinin iştirakı gözlənilsə də, son anda iştirakçılardan birinin yarışa qatılmadığı bəlli olub. 19 Aprel 2017-ci il tarixdən start götürən yarışda ölkəmizi ruhani və beynəlxalq Quran qarisi Hacı Əlizaman Əliyev və Quran hafizi Anar Ağayev təmsil edir.

 

Maide.Az xəbər verir ki, aprelin 19-u Tehranda yarışın açılış mərasimi təntənəli sürətdə həyata keçirilib. Öncədən İran prezidenti Həsən Ruhanin də açılış mərasiminə qatılacağı bildirilsə də, H.Ruhaninin Şərqi Azərbaycan vilayətindəki təbii fəlakətlə əlaqədar gözlənilmədən bölgəyə yollandığı açıqlanıb. Mərasimdə H.Ruhanini müşaviri təmsil edib və o, çıxışında İslam Vəhdətinə vurğu edib. Eyni zamanda təntənəli mərasimdə İran İslami Şurası Məclisinin sədri Əli Laricani, ölkə və ordu başçıları, səfirlər, parlament üzvləri, Quran icması iştirak edib. Dünyanın 83-dən yuxarı ölkəsindən 300 nəfərədək nümayəndə bu böyük müsabiqədə iştirak edir.

 

Yarışın açılışı beynəlxalq qari Seyyid Cavad Hüseyinin Qurani-Kərimin tilavəti ilə başlayıb. Parlament sədri Əli Laricani Qurani-Kərim üzrə 34-cü beynəlxalq müsabiqənin açılış mərasiminin əsas natiqidir. Ə.Laricani mərasimdəki çıxışı zamanı deyib: “Terrorçu qruplaşmalar regiondakı müsəlman ölkələrini böhrana sürükləməklə bu ölkələr arasında məsələlərin həllində regiondan kənar ölkələrin iştirakına şərait yaradıb”. İran parlamentinin sədri vurğulayıb ki, müsəlman ölkələri arasında yaradılan süni ixtilaf, böhran və toqquşmaların heç bir əsası yoxdur.

 

34-cü Beynəlxalq Quran Müsabiqəsi cari ilin aprel ayının 19-dan 26-dək Tehranın İmam Xomeyni (rə) adına "Böyük Müsəlla"sında keçiriləcəkdir. Bu ilki yarışlar indiyə qədərki digər beynəlxalq Quran yarışlarından fərqi rakursda gerçəkləşir. Belə ki, Quran yarışları tarixində ilk dəfə iştirakçılar eyni zamanda 5 nominasiyada rəqabət aparacaq. Yarışlarda görmə qabiliyyəti məhdudiyyətli olanlar, məktəblilər və qadınlar, yaşlılar və hövzə tələbələri özlərini sınayacaq. Beynəlxalq "Səhər" televiziyasının məlumatına görə, bu beş müsabiqə üzrə iştirakçıların çıxışlarını 24-ü iranlı və 16-ı əcnəbi münsif olmaqla 40 nəfərlik Münsiflər Heyəti və Quran üzrə mütəxəssisin dəstəyilə müsabiqənin təşkilat komitəsi dəyərləndiriləcək. 

 

İran “Quran Xəbərləri” Agentliyinin məlumatına görə, 34-cü Beynəlxalq Quran yarışlarının iş proqramı aşağıdakı kimidir:

 

19 Aprel 2017-ci il: Tehranın "Böyük Müsəlla"sında keçirilən yarışların giriş mərhələsinə səhər saatlarında start verilmişdir.

 

22 Aprel 2017-ci il, həftənin şənbə günü: Tələbə və şagirdlər arasında yarışlar keçiriləcəkdir.

 

23 Aprel 2017-ci il, həftənin bazar günü: 34-cü beynəlxalq Quran yarışlarında iştirak edən xanımlar arasında yarışlar keçiriləcəkdir.

 

24 və 25 Aprel 2017-ci il: Böyüklər arasında keçirilən yarışların final mərhələsi.

 

26 Aprel 2017-ci il: 34-cü beynəlxalq Quran yarışlarının yekun mərasimi.

 

27 Aprel 2017-ci il: 34-cü beynəlxalq Quran yarışları iştirakçılarının dünya müsəlmanlarının lideri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei cənabları ilə görüşü baş tutacaqdır
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

İran İslam Respublikasının paytaxtı Tehranda 34-cü Beynəlxalq Quran Yarışı təntənəli mərasimlə işinə başlayıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap