Şəri-dini suallara cavablar - SUAL 34
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
“Allah” kəlməsinə dəstəmazsız toxunmağın hökmü nədir?
SUAL 34:
“Bismihi-təala” (بسمه تعالى) kimi Allah-Taala adını göstərən əvəzliklərə
(hi), eləcə də, ərəbcə «...ا» (həmzə və 3 nöqtə) şəklində
yazılan “Allah” kəlməsinə dəstəmazsız toxunmağın hökmü nədir?
İmam Xomeyni:
Allah-Taalanın adları və yaxud onun tərkib hissəsi olan adlara – hansı dildə və
hansı keyfiyyətdə yazılmasından asılı olmayaraq, dəstəmazsız toxunmaq caiz
deyildir.
(“İstiftaat”,
İmam xomeyni, 1-ci cild, “Dəstəmaz” bölümü, sual 79.)
Ayətullah Bəhcət
və Ayətullah Safi: “Vacib ehtiyata əsasən, dəstəmazsız toxunmasınlar.”
(Camiul-əhkam”,
Ayətullah Safi, 1-ci cild, sual 53-54; Ayətullah Bəhcətin dəftərxanasından
sorğu.)
Ayətullah Təbrizi,
Ayətullah Xamenei, Ayətullah Sistani, Ayətullah Fazil Lənkərani, Ayətullah Məkarim
Şirazi və Ayətullah Nuri Həmədani: “Eybi yoxdur, amma yaxşı olar ki, dəstəmazsız
toxunmasınlar.”
(“Siratun-nəcat”,
Ayətullah Təbrizi, 5-ci cild, sual 990; “Əcvibətul-istiftaat”, Ayətullah
Xamenei, sual 147-148; “İstiftaat”, Ayətullah Nuri Həmədani, 1-ci cild, sual
52; “Camiul-məsail”, Ayətullah Fazil Lənkərani, 1-ci cild, sual 184; Ayətullah
Sistani və Ayətullah Məkarim Şirazinin dəftərxanasından sorğu.)
Ayətullah Vəhid
Xorasani: “Eybi yoxdur, amma vacib ehtiyata əsasən, “bismi-təala” ifadəsinə
toxunmaq caiz deyil.
(Ayətullah Vəhid
Xorasaninin dəftərxanasından sorğu.)
Xatırladaq ki,
şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli
sürülüb, 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanıb və əziz oxuculara təqdim olunur.
Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində
saxlanılır:
1. Sualların
cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların
cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin
dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların
cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin
də fətvaları nəzərə alınmışdır:
–Ayətullah
Seyid Əli Xamenei;
–Ayətullah
Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx
Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx
Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx
Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx
Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx
Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx
Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx
Nasir Məkarim Şirazi;
Allah-Taaladan
Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir
kəsə tövfiq diləyirik! /Maide