CHP referendumun nəticələrinin ləğv edilməsini istəyib
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
Türkiyədə Cümhuriyyət Xalq Partiyası bu ölkənin ali seçki şurasına rəsmi ərizə təqdim edərək, çoxlu sayda qanun pozuntusunun baş verdiyini dilə gətirib və konstitusiyaya dəyişiklik üzrə referendumun nəticələrinin ləğv olunmasını istəyib.
Cümhuriyyət
Xalq Partiyası sədrinin müavini Erdal Aksunger dünən toplanmış faktlarla Türkiyə
ali seçki şurasının sədri Sadi Güvenlə görüşüb. O, bu görüşdə ali seçki
şurasının bu şuranın möhürü olmayan vərəqələrin mötəbər sayılması barədəki qərarını
ziddiyyətli adlandıraraq, referendumun nəticələrinin ləğv edilməsini istəyib.
Erdal Aksunger
deyib: Referendumun keçirildiyi 57 min məktəbdən 10 min 900 məktəbdə seçki
qaydaları pozulubdur.
Türkiyə Vətən
Partiyası da bildiribdir ki, nəticələrin elan olunmasında geniş pozuntulara yol
verildiyi üçün referendumun nəticələrinin ləğv edilməsindən ötrü ali seçki
şurasına müraciət edəcək.
Türkiyə vəkillər
kollegiyasının sədri Mətin Feyzi oğlu da referendumda səslərin sayılışı tərzi və
nəticələrin elan olunması ilə bağlı pozuntular barədə 13 maddəlik bir bəyanat
yayıbdır.