header

 Tramp İrana dair əmr verdi

ABŞ dövlət katibi Prezidentin sərəncamı barədə məlumat verib.

RİA-ya istinadən, ABŞ dövlət katibi Reks Tillerson bildirib ki, Prezident Donald Tramp nüvə proqramı üzrə beynəlxalq ictimaiyyətlə əldə olunmuş razılıq çərçivəsində İrana qarşı tətbiq edilən sanksiyaların qismən aradan qaldırılmasının rəsmi Vaşinqtonun maraqları ilə uyğun olub-olmamasının müəyyən edilməsini tapşırıb.

 

Prezident Donald Tramp Hərtərəfli Birgə Fəaliyyət Planının gözdən keçirilməsinə dair əmr verib. Bu prosesdə Ağ Evin Mili Təhlükəsizlik Şurasının başçılığı altında müxtəlif təsisatlar iştirak edəcək. Gözdən keçirmə prosesi zamanı İrana qarşı tətbiq edilmiş sanksiyaların dayandırılmasının ABŞ-ın milli maraqları üçün həyati dərəcədə zəruri planla uyğun olub-olmamasını qiymətləndirəcək.”, - deyə Tillersonun bəyanatında qeyd edilir.

 

Bununla yanaşı Dövlət Departamenti nümayəndələr palatasının spikeri Pol Rayana göndərilmiş məktubda təsdiqləyir ki, aprel ayının 18-nə olan vəziyyətə əsasən İran razılığa müvafiq olaraq öz öhdəliklərinə əməl edir.

“Bununla belə, dövlət katibi İranın terrorçuluğa dəstək verən ölkə kimi rolu ilə bağlı narahatlığını ifadə edib və prezidentin əmri ilə sanksiyaların gələcəkdə də dayandırılmasının ABŞ-ın milli təhlükəsizlik maraqları ilə uyğun olub-olmamasının qiymətləndirilməsinə dair aparılan iş barədə konqresi məlumatlandırıb.”

 

Qeyd edək ki, İran və beynəlxalq vasitəçilər kimi çıxış edən “altılıq” ölkələri 2015-ci ilin iyul ayının 14-də İranın uzun zamandır davam edən atom problemi ilə bağlı tarixi razılığa gəliblər. Birgə Hərtərəfli Fəaliyyət Planı qəbul edilib. Bu sazişə uyğun olaraq daha əvvəl BMT TŞ, ABŞ və Aİ tərəfindən İrana qarşı tətbiq edilmiş iqtisadi və maliyyə sanskiyaları aradan qaldırılmalıdır. Plan 2016-cı ilin yanvar ayının 16-dan qüvvəyə minib.

 

Bununla yanaşı, ABŞ İrana qarşı raket proqramı, insan haqları və rəsmi Tehranın terrorçuluğa dəstək verməsi ilə bağlı olan şübhəsi əsasında tətbiq etdiyi sanksiyaları davam etdirir.

ABŞ dövlət katibi Prezidentin sərəncamı barədə məlumat verib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap