header

 Türkiyə düşmənlərinin ovu olacaq – İndependent

İngiltərə mediasında Türkiyədə seçkilər haqqında yazı yayımlanıb. Yazını İndependent qəzetinin Yaxın Şərq üzrə araşdırmaçısı Patrik Kokbrun yazıb. İslamınSesi sözügedən məqaləni sizə təqdim edir.

Yazıda Türkiyənin düşmənlərlə -Suriya, İran, Rusiya və kürdlər tərəfindən “mühasirəyə” alındığı bildirilir.

 

“Tənqid edənlər açıqca bildirirlər ki, bu referendum Türkiyədə demokratiyanın axırına çıxdı. Onlar bildirirlər ki, bu Ərdoğana diktator hüququ verdi. Bazar günü keçirilən seçkilərin əsl gözlənilməyən tərəfi səslər arasındakı çox yaxınlığın olması idi. Seçki ədalətlə olsaydı bəli və xeyr bir-birinə bu qədər yaxın olmazdı. Ərdoğan uzun müddətdir ki, fövqəladə hal rejimi ilə əlində saxladığı parlamenti yeni sistemlə əlində cəmləyə biləcək. Bütün bunlar tək hakimli və monarxiya quruluşlu ölkələrə tanış mənzərədir.

 

Keçmişdə bir çoxları Türkiyənin tipik şərq ölkəsi olduğunu söyləyərək yanlışa yol veriblər. Əslində isə Türkiyə eyni modern Avropa ölkələri kimi çevrilişlərlə silkələnsə də orada yenə seçkilər olar və sistem yenidən işləyərdi. Sofistika və intektual mediası ilə bir çox Avropa ölkəsindən üstün bir enerjiyə malik ölkə idi. Amma Türkiyə artıq başqa yol seçib.”

 

Daha sonra analitik  Türkiyədə baş verən bu dəyişikliklərə qarşı müxalifətin gücsüz olduğunu qeyd edir. Bildirir ki, ən sərt HDP idi onlar da həbsxanalardadırlar.

 

Referandum sonucunu protesto gösterileri

 

Ərdoğanın cüzi fərqlə referendumu qazandığını bildirən Kokbrun Türkiyəyə əsl təhlükənin kənardan gəldiyini  yazır.

 

Recep Tayyip Erdoğan

 

“Ərdoğan üçün ölkənin sabitliyini qorumaq çətin olacaq. Adətən diktator liderlər əllərindəki mediadan istifadə edərək öz tək hakimiyyətlərini qüvvətləndirərlər. Ölkə içərisindəki müxalifətin də öhdəsindən gələ bilər. Lakin qonşuları –Rusiya Suriya və İran və kürdlər... Ərdoğanı məhz bu gözləyir. Məhz bu ölkələr dərin bölünməni müşahidə edir."

İngiltərə mediasında Türkiyədə seçkilər haqqında yazı yayımlanıb. Yazını İndependent qəzetinin Yaxın Şərq üzrə araşdırmaçısı Patrik Kokbrun yazıb. İslamınSesi sözügedən məqaləni sizə təqdim edir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap