Yəməndə Səudiyyə Ərəbistanın vertolyotu qəzaya uğrayıb, 12 nəfər ölüb
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
Səudiyyə Ərəbistanın rəsmi xəbər saytı bu ölkə ordusunun vertolyotunun Yəməndə qəzaya uğradığını və 12 səudiyyəli hərbiçinin öldüyünü təsdiqləyib.
xəbər agentliyi
qəzanın səbəbinin bilinmədiyini və araşdırıldığını yazıb.
Bir neçə gün
öncə Yəmən Qüvvələri elan etmişdi ki, Səudiyyə Ərəbistanın “Blək Hauk (Black
Hawk - Qara qırğı) tipli vertolyotunu Yəmənin şərqində Marib bölgəsində vurub.
Vertolyotun vurulması nəticəsində ən az 13 səudiyyə hərbiçisi ölüb. Bundan
sonra Səudiyyə Ərəbistanı rəsmiləri bildirmişdi ki, bu vertolyot BƏƏ raket
sistemi vasitəsi ilə yalnışlıqla vurulub.
Lakin məlumata
görə, həmin vertolyot Ənsarullah hərəkatına yaxın olan sabiq prezient Əli
Abdullah Salehin tərəfdarları tərəfindən vurulduğu öz təsdiqini tapıb.
Qeyd edək ki, Səudiyyə
Ərəbistan 2 ildən çoxdur ki, Yəmənə təcavüzünü davam etdirir. Bu müddət ərzində
12 mindən çox yəmənli həyatını itirib, təqribən 40 min nəfər yaralanıb.
Səudiyyə Ərəbistan
və müttəfiqləri öz hücumları ilə Yəməndəki infrastrukturu, o cümlədən xəstəxanalar,
yollar, məktəblər və evləri dağıdıb və milyonlarla yəmənli öz evlərindən didərgin
düşmək məcburiyyətində qalıb. (presstv)