Vəkil: Şeyx Sərdarın həbs müddəti bir daha uzadıldı
Posted on : qafqaz 10/16/2017 1:00:26 PM
Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, maide.az saytının baş redaktoru Sərdar Babayevin növbəti məhkəməsi keçirilib.
Məhkəmədən
sonra vəkil Cavad Cavadov maide.az-a açıqlamasında bildirib ki, Sərdar
babayevin cinayət işinin materialları ilə tanış olmaq üçün Masallı rayon Polis
şöbəsinə gedib, lakin məlum olub ki, onun barəsində həbs qəti-imkan tədbiri növbəti
dəfə uzadılacaq: "Burda istintaq orqanı bizə yalan məlumat verib. Hakim
Nemət Musayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Şeyx Sərdarın həbs
müddəti bir daha uzadılıb. İstintaq orqanı həbs müddətinin uzadılmasını 1 ay
istəyib və məhkəmə 20 gün müddətinə uzadılmasına qərar verib".
Qeyd edək ki, Sərdar
Babayev Masallı rayonunda cümə namazı qıldığı üçün rayonun icra başçısı tərəfindən
polisə şikayət edilib. Şikayət əsasında ona cinayət işi açılıb və barəsində 37
gün müddətində həbs qəti-imkan tədbiri seçilib. Fevralın 22-də saxlanılan
ruhani həbs müddətinin başa çatmasına az qalmış - martın 27-də Masallı rayon Məhkəməsi
onun həbs müddətini aprel ayının 30-dək uzatmışdı.